Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar qurultayı keçirdi
Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar qurultayı keçirdi
05 Noyabr 2014 / 13:55 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Azərbaycanda ötənilki prezident seçkiləri dövründə təxribatçı çıxışları ilə yadda qalan Söyün Sadıqov yeni imicdə yeni missiyanın icrasına başlayıb. Noyabrın 4-də Simferepolda rusiyameylli Krım tatarlarının qurultayı keçirilib və orada Söyün Sadıqov da iştirak edib. 

Qurultaya Krım tatarlarının lideri, Krımın Rusiya tərəfindən ilhaqını qəbul etməyən və bu üzdən Simferepola buraxılmayan Mustafa Cəmilova müxalifətdə olan tatarların nümayəndələrinin iştirak etdiyi bildirilir. Tatarların qurultayında 160-a yaxın adam olub. Moskvanın nümayəndəsi qismində Rusiya Xalqları Assambleyasının müşaviri və Putinin səlahiyyətli nümayəndəsi qismində Söyün Sadıqov qurultayın rəyasətində yer alıb.

Qurultayda Krım tatar xalqının İctimai Şurası təsis olunub. Şuranın qarşısında Krım tatarlarının dövlətçilik ənənələrinin formalaşdırılması vəzifəsi qoyulub. Şuraya 15-dən çox tatar ictimai birliyinin nümayəndələri daxil olublar.

Şuraya “Krım birliyi” adlı tatar təşkilatının rəhbəri Seytumer Nimetullayev başçı seçilib. Qurultayda Krım tatar xalqına, həmçinin Rusiyanın hakimiyyət orqanlarına, şəxən prezident Vladimir Putinə müraciət qəbul edilib.  S.Nimetullayev bildirib ki, Rusiya Krım tatarlarının öz vətənlərində rahat yaşaması üçün hər şeyi edir.

“Vladimir Vladimiroviçin dilindən şəxsən eşitmişəm, çünki mən onun cəmi bir metrliyində oturmuşdum və bir-birimizin gözlərinə baxırdıq. O dedi ki, siz qurun, yaradın, Rusiya dövləti bu gün hər şeyi edir ki, Krım tatarları rahat yaşasın” – deyə Nimetullayev bildirib.

Qeyd edək ki, ekstravaqant obrazı ilə tanınan keçmiş KQB əməkdaşı Söyün Sadıqov qurultayda yeni imicdə iştirak edib. Fotolardan məlum olur ki, bu dəfə o, çənəsində iri topa saqqal buraxıb/virtualaz.org/.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə