Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Avtoş” polisə cəza da verildi, cərimə də kəsildi
“Avtoş” polisə cəza da verildi, cərimə də kəsildi
05 Noyabr 2014 / 17:57 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Azərbaycanda avtoxuliqanlıq etdiyinə görə işdən qovulan polis əməkdaşı barəsində məhkəmə qərarı açıqlanıb.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayının keşmiş əməkdaşı, polis çavuşu Fərhadov Peyman Fərhad oğlu 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və o, 500 manat miqdarında cərimə olunub.

Xatırladaq ki, P.Fərhadov metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “VAZ-2107” markalı, dövlət nömrə nişanı olmayan avtomobili ilə yolun əks istiqamətinə çıxmaqla sürüb. O, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb. P.Fərhadovu idarə etdiyi avtomobilin təkəri çıxdıqdan sonra saxlamaq mümkün olub.

Araşdırma zamanı onun polis əməkdaşı olduğu üzə çıxıb. P.Fərhadov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə iş qaldırılıb (report.az).

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə