Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİN-dən qadınlara hücum edən maskalı şəxslərlə bağlı – Açıqlama
DİN-dən qadınlara hücum edən maskalı şəxslərlə bağlı – Açıqlama
05 Noyabr 2014 / 18:25 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Xırdalanda vətəndaşlara maskalı şəxslərin hücum etməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Deyilənlər şayiədən başqa bir şey deyil. Bununla bağlı heç bir fakt qeydə alınmayıb və Abşeron polisinə bu barədə məlumat daxil olmayıb”.

Bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Xırdalan şəhərində maskalı şəxslərin vətəndaşlara hücum etməsi ilə bağlı yayılan xəbərlərlə bağlı məlumat verərkən deyib.

O.Mansurzadə qeyd edib ki, ümumiyyətlə, Xırdalan şəhərinin də daxil olduğu Abşeron rayonu ərazisində bu ilin ötən dövründə rayon üzrə cəmi iki soyğunçuluq hadisəsi baş verib: “Sonuncu belə fakt oktyabr ayının 23-ü qeydə alınıb. Belə ki, Xırdalan şəhər sakini Sona Dadaşovaya axşam radələrində naməlum şəxs zor tətbiq edərək onun çantasını əlindən alaraq qaçıb. Hadisədən iki gün sonra hücuma məruz qalmış xanım polisə ərizə ilə müraciət edib. Bununla bağlı dərhal əməliyyat axtarış tədbirləri həyata keçirilib. Nəticədə hadisəni törədən Ucar rayon sakini polis əməkdaşları tərəfindən yaxalanıb. Sonuncu bu faktdan başqa belə bir fakt qeydə alınmayıb. Xırdalanda maskalı şəxslərin vətəndaşlara hücum etməsi ilə bağlı üç faktın qeydə alınması ilə bağlı deyilənlərin əsası yoxdur”.

Qeyd edək ki, Xırdalanda vətəndaşlara hücum edən maskalı şəxslərin peyda olması ilə bağlı Axar.az-a məlumat daxil olmuşdu. Məlumata görə, xüsusilə qadınlara hücum edən maskalı şəxslər onların əllərində olan çantalarını alaraq qaçır. Daha çox axşam saatlarında qarətlə məşğul olduğu deyilən şəxslər xüsusilə bloklarda qadınlara hücum edir, qurbanlarına xəsarət yetirməkdən belə çəkinmirlər.

Bizixmeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə