Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ucqar kəndlərdə müəllimlər niyə əməkhaqqı ala bilmir?
Ucqar kəndlərdə müəllimlər niyə əməkhaqqı ala bilmir?
06 Noyabr 2014 / 13:22 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Təhsil Nazirliyi yeni tədris ilindən Azərbaycanın bəzi ucqar kənd məktəblərində müəllimlərin əmək haqqının verilməməsinə münasibət bildirib. 
İnsan resursları şöbəsinin müdir müavini İlham Ağayev bu gün keçirilən mətbuat konfransında deyib ki, məktəblər yerli idarəetmə orqanları tərəfindən maliyyələşdirilir.
Onların da maliyyələşdirilməsinin birbaşa Maliyyə Nazirliyinə aid olan məsələ olduğunu deyən müdir müavini qeyd edib ki, hər bir rayon təhsil şöbəsi maliyyəsini yerli icra hakimiyyətindən götürür: “Müəyyən ucqar rayonlarda belə problemlər var. Bununla bağlı hazırda Təhsil Nazirliyi tərəfindən işlər görülür. Amma bu, birbaşa bizdən asılı məsələ deyil. Məktəblər yerli icra hakimiyyəti orqanları tərəfindən maliyyələşdirilir”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə