Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təhsil Nazirliyi: “Müəllimlər dərsə getmir”
Təhsil Nazirliyi: “Müəllimlər dərsə getmir”
06 Noyabr 2014 / 13:34 / Baxış sayı: 152
Font1 Font2 Font3 Font4
“Azərbaycanda eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi və məktəb direktorları tərəfindən müəyyən şagirdlərlə bağlı məlumatların gizlədilməsi hallarına rast gəlinir. Təhsil Nazirliyində həmin məktəb direktorları ilə bağlı məlumatlar var”.

Bunu nazirlikdə keçirilən mətbuat konfransında İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

 İ.Nağıyev bildirib ki, hətta nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər: “Bununla bağlı daha çox təbliğatı işlər görülməlidir. Azərbaycanda 4500-dən çox məktəb var. Təhsil Nazirliyinin resursları bütün məktəblərdə nəzarət etmək imkanı vermir. Şagirdlərin dərsə getməməsi halları isə daha çox kənd məktəblərində baş verir. Yəni uşaqlar dərsdən yayınaraq müxtəlif təsərrüfat işləri ilə məşğul olurlar”.

 arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə