Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DYP müğənnilərə xəbərdarlıq etdi
DYP müğənnilərə xəbərdarlıq etdi
06 Noyabr 2014 / 13:48 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4
Kamran Əliyev: «Bu dəfə cinayət məsuliyyətinə cəlb olunacaqlar»

Respublika Baş Dövlət Yol Polisi İdarəsi son günlər bəzi sənət adamlarının, müğənnilərin telekanallarda çıxışlar edərək yol hərəkəti qaydalarını pozmalarına, «yol polisi bizə hörmət edir» fikirlərinə münasibət bildirib. DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, xalq artisti Səməd Səmədovun son çıxışı və ondan əvvəl açıqlama verən müğənnilərin dediyi fikirlər pis nümunədir: «Onlar belə açıqlamalar verməyi prestij hesab edirlər.

Sanki yol hərəkəti qaydalarını pozmaq prestijdir. Demək istəyirlər, mən müğənniyəm, əməkdar artistəm, toylara gedirəm və qaydaları pozuram. Amma fikirləşmirlər ki, qaydaları pozmaq ilk növbədə onların özlərinə ziyandır. Qaydanı pozan nə edirsə özünə edir. Qaydalara əməl edən də özünə edir, pozan da. Əməl edən həyatda qalmasına, normal yaşamasına şərait yaradır, Əməl etməyən isə bir dəfə etməyəcək, iki dəfə etməyəcək, ola bilər, yol polisi cəmiyyətdə tanınmış adam kimi ona loyal münəsibət göstərib qayda pozuntusuna göz yuma bilər, amma üçüncü dəfə ya qəza törədib özü xəsarət alacaq, öləcək, ya da başqasını yaralayıb öldürəcək. Bu zaman onlar məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Bu dəfə inzibati yox, cinayət məsuliyyətinə cəlb olunacaqlar».

Kamran Əliyev onu da bildirib ki, artistlərin bu hərəkətləri, belə açıqlamalar verməsi cəmiyyətdə normal qəbul olunmur və həm də pis nümunədir: «Bir müğənninin bu cür açıqlamalar verməsini ola bilər ki, başqa bir müğənni normal qarşılaya bilər. Ümumilikdə, cəmiyyətdə belə münasibətləri normal qəbul etmirlər. Bir müğğəni bu gün çıxıb efirdə prestij kimi deyir ki, mən qaydaları pozuram, o biri müğənnilər də ona baxıb başqa verilişlərdə çıxış edərkən eyni sözü təkrar edirlər».

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə