Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatın obyektini sökürlər
Deputatın obyektini sökürlər
06 Noyabr 2014 / 14:23 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucova məxsus olduğu bildirilən obyekt sökülür. Modern.az saytının məlumatına görə, sökülən çoxmərtəbəli bina metronun “Koroğlu” stansiyasının yaxınlığında, Ziya Bünyadov prospektində yerləşir.

Saytın hadisə yerində olan əməkdaşına bildirilib ki, çoxmərtəbəli binanın sökülməsi burada yeraltı tunel və yol qovşağının inşası ilə bağlıdır. Qeyd edək ki, sözügedən binada “İndesit”, “İspaniolla” və daha bir neçə xarici firmanın Azərbaycandakı distryübüter şirkəti, məişət avadanlıqları, mebel və digər mağazalar şəbəkəs yerləşirdi. Yeri gəlmişkən, sökülən obyekt iki il öncə yüksək səviyyədə təmir olunmuşdu.

Ayaz Orucov 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilib. O, uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışıb. 2003-cü ilin mayında A.Orucov həmin vəzifədən çıxarılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə