Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməni analar övladlarını Qarabağa göndərmək istəmir
Erməni analar övladlarını Qarabağa göndərmək istəmir
06 Noyabr 2014 / 14:31 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Ermənistanda əsgər anaları övladlarını işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz hərbi xidmətə apardığına görə hökuməti Avropa Məhkəməsinə verib.

arxiv.bizimxeber.az İnterpress.az -a istinadən bildirir ki,  bu barədə məlumatı Ermənistan mətbuatı yayıb. Əsgər Anaları Cəmiyyətinin yaydığı bəyanatda Ermənistan vətəndaşlarının hansı əsaslarla tanınmamış Dağlıq Qarabağ ordusunda qulluq etdiyi əsas məsələ kimi qoyulub. Bu sualla dəfələrlə Ermənistan hökumətinə müraciət edən vəfat etmiş əsgərlərin anaları konkret olaraq “Qraçik Muradyan işi” ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə də müraciət ediblər.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ Respublikasında Ermənistan vətəndaşları hərbi xidmət keçir. Halbuki “DQR” İrəvan tərəfindən rəsmən tanınmayıb.

Əsgər analarının bu iddiası ilk deyil. İlk belə müraciət 2001-ci ildə “DQR”də qeyri-döyüş şəraitində ölmüş əsgərin valideyni tərəfindən edilib. Sonralar .bir neçə valideyn eyni məsələylə bağlı Ermənistan hökuməti barəsində iddia qaldırıb.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə