Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP bələdiyyə seçkiləri ilə bağlı statistikanı açıqladı
YAP bələdiyyə seçkiləri ilə bağlı statistikanı açıqladı
06 Noyabr 2014 / 16:25 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə seçkilərində iştirak üçün bu günə qədər 13 431 nəfər namizəd irəli sürülüb və bu proses davam edir. Bu barədə Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP-ın 1607 bələdiyyənin hər birinə öz namizədlərini irəli sürdüyünü deyən S.Novruzov vurğulayıb ki, namizədlikləri irəli sürülənlərdən 12 511-i dairə seçki komissiyalarından imza vərəqələrini götürüb və hazırda imzaların toplanılması prosesi gedir. Onun sözlərinə görə, bəzi yerlərdə imzalar artıq toplanılıb və dairə seçki komissiyalarına təhvil verilib: “3514 nəfər namizəd üçün imzalar artıq toplanıb, müvafiq sənədlərlə birgə dairə seçki komissiyalarına təqdim edilib və bu proses davam edir”.

S.Novruzov əlavə edib ki, imza toplama prosesi təqribən noyabrın 9-dək, namizədlərin qeydiyyatı isə noyabrın 12-nə qədər yekunlaşmalıdır: “Bundan sonra isə artıq təbliğat-təşviqat kampaniyasına başlanmalıdır”. Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkilərinin bu il dekabrın 23-də keçirilməsi planlaşdırılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə