Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Evində azərbaycanlı əsir saxlayan erməni general danışdı
Evində azərbaycanlı əsir saxlayan erməni general danışdı
06 Noyabr 2014 / 16:28 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını açıqlayan erməni general, “Yerkrapa” yarımhərbi təşkilatının rəhbəri Manvel Qriqoryan hüquq müdafiəçilərinin ona ünvanlanan tənqidlərinə cavab verib.

Virtualaz.org saytı xəbər verir ki, general panorama.am saytına açıqlamasında azərbaycanlı əsiri evində saxlamasında “hər hansı problemin olmadığını” deyib. General M.Qriqoryanın evində azərbaycanlı əsir saxladığını açıqlaması Ermənistanda geniş diskussiyalara səbəb olmuşdu. Bəzi erməni hüquq müdafiəçiləri generalın hərəkətinin beynəlxalq konvensiyaların pozulması olduğunu deyərək onun məsuliyyətə cəlb olunmasını tələb etmişdi.

Manvel Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində demişdi ki, Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı əsirlə qayıdıb, onlardan birini, 15 yaşlı yeniyetməni iki il Qarabağda, iki il Ermənistanda evində saxlayıb. Qriqoryan əsirə “Simon” adını verib və deyib ki, sonradan onu Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə azad edib.

“Kimdir bu bəzi “hüquq müdafiəçiləri”? Onlar müharibə görüblər? Bilirlər ki, əsir nədir? Yaxud onu ancaq kinoda görüblər? Bu adamlara məlumdurmu ki, azərbaycanlılar əsirlərlə necə davranıblar? Əgər bilmirlərsə, qoy gəlsinlər, maraqlansınlar, onlara nəsə danışaram. Bundan sonra onlar mənə təşəkkür edəcəklər ki, Simonu evimdə saxlamışam və Azərbaycana sağ-salamat göndərmişəm” – deyə Manvel Qriqoryan bildirib.

Erməni general deyib ki, müharibəyə yollananda onun və digərlərinin Cenevrə Konvensiyasını oxumağa vaxtları yox idi: “Nə Cenevrə Konvensiyası? Mən erməniyəm, xristianam, döyüş meydanında mənim üçün Cenevrə Konvensiyası vicdanım və etiqadım olub. Mən həmişə bunları rəhbər tutmuşam”.

Manvel Qriqoryanın evində saxladığı və o vaxt yeniyetmə olan “Simon”un kimliyi məlum deyil. Azərbaycan tərəfi hələlik erməni generalın bu hərbi cinayət etirafına rəsmən münasibət ifadə etməyib.

M.Qriqoryan Xocalıda soyqırımı həyata keçirənlərdən biridir və onun dəstəsi azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə