Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gülər Əhmədovanın bacısına ziyan vuranlar məhkəmə qarşısında
Gülər Əhmədovanın bacısına ziyan vuranlar məhkəmə qarşısında
06 Noyabr 2014 / 17:12 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Bakı Apellyasiya Məhkəməsində “Kamran” MMC-nin vəzifəli şəxslərinin barələrində olan hökmdən zərərçəkmiş şəxslərin verdikləri apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, dövlət ittihamçısı ittiham aktını elan edib.

Proses noyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, cəmiyyətin təsisçisi və rəhbəri Ələkbər Babayev və digər təqsirləndirilən şəxslər German Hüseynov və Rüfət Nağıyev Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyev Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü, Kənan Quliyev isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə ittiham olunurlar.

“Kamran” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev birgə iş münasibətində olduğu sabiq deputat Gülər Əhmədovanın bacısı Quliyeva Gülnar Mikayıl qızının  etimadından istifadə edərək ona külli miqdarda (144 min manat) ziyan vurmaqda da ittiham olunur. 

“Kamran” MMC-nin vətəndaşlara vurduğu ziyan isə 8 milyon 500 min manatdan çox hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Kamran” MMC-nin rəhbəri Ələkbər Babayev 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə, əmlakı (3 mərtəbəli evi) müsadirə olunmaqla 14 il müddətinə, German Hüseynov əmlakı müsadirə olunmaqla, 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Süleyman Əliyevin 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Kənan Quliyev 2 il sınaq müddəti təyin olunmaqla 6 il 25 gün şərti, Rüfət Nağıyev 3 il sınaq müddəti təyin olunmaqla, 3 il müəyyən vəzifə tutmaqdan mərhum edilməklə 10 il şərti azadlıqdan mərhum etmə cəzasına məhkum ediliblər.

Məhkəmə hökmündə mülki iddiaların təmin olunması, müsadirə olunan əmlakların iddiaçılar arasında bölünməsi, “Kamran” MMC-yə məxsus bina üzərindən həbsin  götürülməsi məsələsi də öz əksini tapıb.

Lakin zərərçəkmiş şəxslər məhkəmə hökmündən narazı qalaraq apellyasiya şikayəti veriblər.

 arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə