Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncəlilər ölkə Prezidentinə minnətdarlıq edirlər
Gəncəlilər ölkə Prezidentinə minnətdarlıq edirlər
06 Noyabr 2014 / 17:23 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Zəngin tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində çox mühüm tədbirlər həyata keçirən Azərbaycan Respublikasının Prezindeti cənab İlham Əliyev 5 noyabr 2014-cü il tarixdə “İmamzadə” dini kompleksində bərpa və tikinti işlərinin başa çatdırılması üçün Prezidentin Ehtiyat Fondundan Gəncə şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayırıb.

Bu sərəncam son illər tarixi görkəmini saxlamaqla müasirləşən, möhtəşəmliyi ilə diqqət çəkən Şeyx Nizami yurdunun genişvüsətli tərəqqisinə, yüksəlişinə, dünya miqyasında tanınmasına güclü dəstək verir, daha geniş imkanlar yaradır. Gəncəlilərin qurub- yaratmaq əzmini daha da yüksəldir, hər birinə böyük qürur və fərəh hissi gətirir.

Ölkə başçısının mübarək Məhərrəm ayında bu humanist addımını rəğbətlə qarşılayan bütün gəncəlilər onlara göstərilən diqqət və qayğını əməli işlərində layiqincə doğrultmaq üçün bu günlər daha əzmkarlıqla, böyük ruh yüksəkliyi ilə çalışır, bütün sahələrdə uğurlar qazanmağa səy göstərirlər.

Qeyd edək ki, möhtərəm Prezidentimizin Cənab İlham Əliyev burada görülən işlərlə şəxsən üç dəfə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib. Oktyabrın 18-də Gəncəyə səfər edən dövlət rəhbərimiz və xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva “İmamzadə” dini kompleksinə gəlib, bərpa və tikinti işləri ilə tanış olublar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə