Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtobuslarda gedişhaqqı 2 dəfə arta bilər
Avtobuslarda gedişhaqqı 2 dəfə arta bilər
06 Noyabr 2014 / 17:30 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Bakıda ictimai nəqliyyatda yaradılan yeni sistem qısa müddət ərzində sürücü özbaşınalığına son qoyacaq. Bu barədə Nəqliyyat Nazirliyindən anspress-ə məlumat verilib. Söhbət avtobus sürücüləri üçün yaradılacaq elektron bazadan gedir. Baza tam işə düşdükdən sonra yollarda tez-tez yaşanan sərnişin avtobuslarının iştirakı ilə qəzaların sayı hiss olunacaq dərəcədə azalacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərovun verdiyi məlumata görə, sistem vasitəsilə avtobus sürücüləri qeyqiyyata alınır. Hər bir sürücünü adına xüsusi səhifə açılır. Sistemə sürücü barədə əlavə məlumatlar, onun xəstəliyi, törətdiyi qəzalar və s. yazılır. Həmin sürücünün idarə etdiyi maşın markası və nömrə nişanı da qeydə alınır. Bu zaman sürücü ilə department əməkdaşı arasında əlavə razılaşma və digər qanunsuz əməllərə son qoyulur.

Əmrah Cəfərov deyir ki, hazırda yol polisilə birgə reydlər keçirilir. Baş verən qəzalar araşdırılır. Qurum rəsmisinin sözlərinə görə, baş verən qəzaların əsas səbəblərindən biri məlum olub. “Bakıda sərnişin avtobularının qəza törtməsinin əsas səbəblərindən bir gediş haqqıların çox aşağı olmasıdır. Biz gediş haqqıların artırılması ilə bağlı Taarif Şurasına müraciət etmişik. Çox təəssüf ki, Taarif Şurasından gediş haqqıların artması məsələsinə müsbət cavab verməyiblər. Düşünürəm ki, gediş haqqıların artırılması böyük müsbət dəyişikliklərə səbəb olacaq. Gediş haqqılar 40, ən pis halda 30 qəpik olmalıdır”, – deyə Əmrah Cəfərov bildirib.
Bakı nəqliyyatında vahid kart sistemi isə olmayacaq.

Qurum rəsmisi deyir ki, avtobuslarda gedişhaqqının kart sisteminə keçməsində yaranan problemlərin həlli isə uzun çəkəcək: “Bu uzun bir prosesdir. Burada Maliyyə Nazirliyi, İqtisadi və Sənaye Nazirliyi və bir çox şirkətlərlə əlaqədar olduğu üçün bu problemin nə zaman həll olunacağı bilinmir”. Əmrah Cəfərov deyir ki, gediş haqqılarında vahid karta keçmək hələlik mümkün deyil: “Görünür ki, metro ilə avtobus kartlarının vahid sistemə keçməsilə bağlı isə heç vaxt razılıq əldə olunmayacaq”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə