Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avropa Şurasının nümayəndələri Penitensiar xidmətdə – FOTO
Avropa Şurasının nümayəndələri Penitensiar xidmətdə – FOTO
06 Noyabr 2014 / 19:21 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev 06.11.2014-cü il tarixdə Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktorluğunun Cinayət Hüququ Əməkdaşlığı İdarəsinin Bakıda rəsmi səfərdə olan rəhbəri xanım Tanya Rakusic-Hadzici qəbul edib. 

Nazir müavini qonağı salamlayaraq, ölkəmizin Avropa Şurası ilə ilk əlaqələrinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu əməkdaşlığın quruma üzv qəbul olunduqdan sonra müxtəlif istiqamətlərdə daha da genişləndiyini vurğuladı.

Qeyd edildi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər ardıcıl olaraq yerinə yetirilib, o cümlədən qanunvericilik Avropa standartlarına uyğunlaşdırılib, seçki sistemi təkmilləşdirilib, məhkəmə sisteminin və ədliyyə orqanlarının müasirləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və s. sahələrində məqsədyönlü tədbirlər görülüb, həyata keçirilən islahatlarda Avropa Şurasının yaxından iştirakı və dəstəyi müşahidə olunub. Penitensiar sistemdə aparılan ardıcıl islahatlar, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində qonağa ətraflı məlumat verildi.

Ölkəmizin AŞ və onun struktur qurumları ilə əməkdaşlıq münasibətlərinin yüksələn xətlə dinamik inkişaf etdiyinə xüsusi önəm verən M.Quliyev Azərbaycan üzrə Avropa Şurasının 2014-2016-cı illər üzrə Fəaliyyət Planının qəbul olunması ilə ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini bildirdi. Qeyd edildi ki, Fəaliyyət Planı çərçivəsində “Həbsxana idarəçiliyi mövzusunda” Bakı şəhərində keçirilən toplantının beynəlxalq təcrübənin mənimsənilməsi baxımından xüsusi əhəmiyyəti vardır.

Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktorluğunun Cinayət Hüququ Əməkdaşlığı İdarəsinin rəhbəri xanım Tanya Rakusic-Hadzic Ədliyyə nazirliyi ilə əməkdaşlığın səmərəli olduğunu, Avropa Şurasının tövsiyələrinin nəzərə alınmasından məmnun qaldığını ifadə edərək beynəlxalq tədbirlərin keçirilməsi üçün yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirdi.

Qəbulda əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, tərəfdaş beynəlxalq təşkilatların dəstəyi ilə birgə Avropa Şurasının 2014-2016-cı illər üzrə Azırbaycanla bağlı Fəaliyyət Planının icrasına nail olunacağına əminlik ifadə olunub. Görüşdə Avropa Şurasının Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Teymur Məlikaslanov, Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə