Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nizaməddin Quliyev iş adamını nəyə görə tutdurub?
Nizaməddin Quliyev iş adamını nəyə görə tutdurub?
07 Noyabr 2014 / 16:45 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

İcra başçısı Müqayis Verdiyevin 400 min manatını verməmək üçün onu həbsə atdırıb, işi aparan hakimə isə təzyiq etdirir

Xəbər verdiyimiz kimi, ötən ilin martında həbs olunan iş adamı Müqayis Verdiyevin Gəncə Ağır Cinayətlərə Dair Məhkəməsində məhkəmə prosesi keçirilir. arxiv.bizimxeber.az xəbər verir ki, həmin prosesdə çıxış edən tərəflərin danışıqları zamanı ortaya ilginc fakt çıxıb.

Belə ki, Müqayis Verdiyev məhkəmədə çıxışı zamanı bildirib ki, Goranboy rayonundakı tikinti işlərinə məhz bu rayonun rəhbəri Niaməddin Quliyevin israrlı xahişləri əsasında qatılıb. Subpodratçı kimi «Fəqan Xidmət»dən aldığı işi isə vaxtında və qüsursuz yerinə yetirib. Bu işlərin müqabilində nəzərdə tutulan pulu isə əsasən üç adamdan alıb: İcra başçısı Nizaməddin Quliyevdən, onun oğlu Ramal Quliyevdən və müavini Baxış Abdullayevdən.

Verdiyevin məhkəmədəki çıxışı zamanı onu da bildirib ki, hal hazırda Nizaməddin Quliyevin ona 400 min manatdan çox borcu var. Və həmin pulları tələb etdiyinə görə, həbsə atdırılıb.

arxiv.bizimxeber.az-ın araşdırmalarına görə, vəziyyət həqiqətən də iş adamının dediyi şəkildədir. Belə ki, Müqayis Verdiyev Goranboyda gördüyü işlərin müqabilində nəzərdə tutulan pulun yalnız cüzi bir hissəsini alıb. Nəticədə, Nizaməddin Quliyevin ona verməli olduğu 400 min manatı ödəməkdən imtina edib. Bununla bağlı, icra başçısının qəbulunda olan sahibkar apardığı danışıqlarda həmin pulu ala bilməyib və tərəflər arasında narazılıq yaranıb.

Məlumatlara görə, bundan sonra Quliyev Verdiyevi tutdurmaq üçün «əsaslar» hazırlamağa başlayıb. Həmin «əsaslar»dan biri isə Müqayis Verdiyevin guya, Goranboyda «iğtişaş» törətməyə cəhd göstərməsi ilə bağlı olub. Həmin prosesi həyata keçirən icra başçısının müavini Baxış Abdullayev bir neçə fəhləni yığaraq, onları İcra Hakimiyyətinin qarşısına toplayıb. Amma istintaq və məhkəmə zamanı məlum olub ki, həmin fəhlələr bayram öncəsi pullarını ala bilmədikləri üçün İcra Hakimiyyətinin qarşısına toplanıblar. Yəni, Baxış Abdullayev onları bu adla aldadaraq, ora gətirib. Həmin şəxslər məhkəmədə verdikləri ifadələrində Müqayis Verdiyevdən heç bir tapşırıq almadıqlarını deməklə yanaşı, icra başçısının müavinini rayonda iğtişaş törətməkdə ittiham ediblər.

Mənbələrin bildirdiyinə görə, bu «oyun»dan sonra Müqayis Verdiyev şərlənərək həbs edilir və 400 min manat da icra başçısının cibinə qalır. Bu da azmış kimi, icra başçısı Nizaməddin Quliyev Gəncə Ağır Cinayətlərə Dair Məhkəməsinin işi aparan hakiminə müxtəlif vasitələrlə təzyiqlər göstərir. Hətta hakimi birbaşa hədələdiyinə dair məlumatlar da var.

Bununla bağlı geniş araşdırmamızı yaxın günlərdə təqdim edəcəyik. İcra başçısının yalançı «şahid»lər toplaması, hakimə təzyiqlər etdirməsi, hakimin Müqayis Verdiyevə qarşı hərəkətlər etməsi, qanunu bir kənara qoyub, Quliyevin sifarişi əsasında işləməsi, «Fəqan Xidmət» şirkətinin rəhbəri Fəyyaz Məmmədovun icra başçısı və müavinini təhdid etməsi və digər məsələlərlə bağlı növbəti yazımızda məlumat verəcəyik.

Qarşı tərəfi də dinləməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə