Bina sakinləri təxliyyə olunub
Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 7 yanğınsöndürən maşn cəlb olunubmuş. Yanğınsöndürənlər və xilasedicilər bina sakinlərini təxliyyə ediblər. Yanğın zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bakıda binada başlayan güclü yanğınla bağlı məlumat yayıb. FHN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülüb. Bütün təhlükəsizlik qaydalarına riayət olunaraq, alovun qarşısı alınıb.







