Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP Gəncə şəhər Təşkilatının Seçki Qərargahında imzatoplama kampaniyası yekunlaşıb
YAP Gəncə şəhər Təşkilatının Seçki Qərargahında imzatoplama kampaniyası yekunlaşıb
07 Noyabr 2014 / 11:51 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ulu öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası müstəqillik illərində ölkəmizdə keçirilən bütün seçkiləri qələbə ilə başa vurub. Hər zaman xalqımızın gücünə, iradəsinə və dəstəyinə arxalanan partiyamız daha bir məsul kampaniya-23 dekabrda keçiriləcək bələd iyyə seçkilərinə hazırlaşır.

Məlum olduğu kimi, oktyabrın 29-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə bələdiyyə seşkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib. Partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında yüksək səviyyədə, məsuliyyətlə yerinə yetirilir. Gündən-günə sıraları genişlənən və möhkəmlənən Gəncə şəhər partiya Təşkilatı hazırda 247 ərazi ilk partiya təşkilatını və 32 minə yaxın üzvü birləşdirir. Onlardan 18306 nəfəri gənclər, 20064 nəfəri isə qadınlardır.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirdi ki, şəhər partiya Təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı 21 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb.

Partiyanın Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq fəaliyyətimizi tərtib olunan plan üzrə davam etdiririk. Qərargah üzvləri ilə birgə mütəmadi iclaslar keçirilir, görülən işlər gündəlik müzakirə olunur.

4 Dairə Seçki Komissiyasının 107 seçki məntəqəsində 144770 nəfərdən çox seçici 3 bələdiyyəyə 43 üzvün seçilməsində iştirak edəcək. Seçkilər üzrə böyük təcrübə qazanmış partiya fəallarımız kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunurlar. Müşahidəçi funksiyasını yerinə yetirən fəallarımız, təşkilatın minlərlə üzvü seçki proseslərində çox böyük işgüzarlıq, təşkilatçılıq, dövlətçiliyimizə sədaqət nümayiş etdirirlər. Şəhər Partiya Təşkilatı bələdiyyə seçkilərində seçki dairələri və məntəqələr üzrə 539 nəfər müşahidəçi, 111 nəfər məşvərətçi olmaqla, ümumilikdə 650 nəfər partiya fəalını seçki proseslərini izləmək üçün səfərbər edəcək.

Bələdiyyə üzvlüyünə 43 nəfər partiya fəalının namizədliyi irəli sürülüb. Onlardan 40%-dən çoxunu gənclər və qadınlar təşkil edir. Təbliğat kampaniyasına rəsmən start verildikdən sonra zəruri olan bütün təbliğat-təşviqat işləri həyata keçiriləcək. Artıq namizədlərin sənədləri hazırlanaraq, müvafiq seçki komissiyalarına təqdim olunub və komissiyalardan imza vərəqələri götürülüb, imzatoplama kampaniyasına start verilib. İmzatoplama kampaniyasına kömək məqsədi ilə 85 nəfər partiyanın üzvü olan fəal gənc cəlb edilib. Seçkilərlə əlaqədar Gəncə şəhər partiya təşkilatı bütün gücünü səfərbər edib və bu seçkilərdə yüksək mütəşəkkillik, operativlik, təşkilatçılıq, ən başlıcası xalqımızın maraqlarına, Vətənimizin inkişafına şərəfli xidmət milyonların partiyası olan Yeni Azərbaycan Partiyasının qələbəsinə təminat yaradacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə