Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İŞİD Moskvada: onlarla ölü, 100-dən çox silah
İŞİD Moskvada: onlarla ölü, 100-dən çox silah
07 Noyabr 2014 / 11:54 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4
“LifeNews” kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Moskva ətrafındakı şose yollarda gecə saatlarında pusqu quraraq azı 14 nəfəri öldürmüş bandanın üzvlərindən 10 nəfərin adını açıqlayıb.
Virtualaz.org saytının adıçəkilən telekanala istinadən verdiyi xəbərə görə, həmin siyahıdan məlum olur ki, onların hamısı özbək və taciklərdir. Həmçinin Moskva ətrafındakı Ramensk rayonunda keçirilən əməliyyat zamanı xüsusi təyinatlılara qumbara atan və cavab atəşi ilə öldürülən, banda başçısı olduğu deyilən şəxsin cəsədinin fotosu da yayılıb.
Rusiya Daxili İşlər Nazirliyi əməliyyatın keçirildiyini təsdiqləyib və əlavə məlumat verməyib. Bununla belə məlum olub ki, saxlanılan şəxslər ilkin ifadələrində tikintidə fəhlə işlədiklərini deyiblər. Hələlik banda üzvlərinin İŞİD-lə əlaqəsinin olduğu rəsmən təsdiqlənməyib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə