Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ovçular nazirlik işçisinə güllə atdılar
Ovçular nazirlik işçisinə güllə atdılar
07 Noyabr 2014 / 12:00 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

ETSN əməkdaşları onları tapa bilməyiblər

“Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən 5-6 noyabr tarixlərində növbəti reydlər keçirilib. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, reyd zamanı Bərdə rayonu Nazırlı kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Taleh Əbilov və Mürşid Əbilov saxlanılaraq onlardan 2 ov tüfəngi, 2 patron və 1 dovşan götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq hər biri 2000 manat məbləğində cərimə edilib.

Xocavənd rayonu ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan rayon sakini Qəşəm Fərzəliyev saxlanılıb, ondan 1 ov tüfəngi, 2 patron götürülərək akt və protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimələnib.

Cəlilabad rayonu Zəvvar ovçuluq təsərrüfatında keçirilmiş reyd zamanı qanunsuz ov edən Biləsuvar rayon Qoçubərə kənd sakini Sahib Əbişov saxlanılıb. Ondan 1 ov tüfəngi aktlaşdırılaraq götürülüb və o, 1000 manat məbləğində cərimə edilib.

Zəvvar ovçuluq təsərrüfatında keçirilmiş növbəti reyd zamanı isə 2 nəfər naməlum şəxs saxlanılıb. Onlardan 2 ov tüfəngi götürülərək qanunamüvafiq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərini müəyyənləşdirmək üçün nazirlik tərəfindən aidiyyəti rayon polis şöbəsinə müraciət edilib.

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində ov etmək istəyən naməlum şəxs ərazidə reyd keçirən nazirliyin əməkdaşlarını görən zaman ov tüfəngini ataraq ərazidən uzaqlaşıb. Nazirliyin əməkdaşları onu təqib etsələr də, qanun pozucusunu saxlamaq mümkün olmayıb. Ov tüfəngi götürülərək fakt üzrə akt tərtib olunub, təqsirkarın şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Masallı rayon Polis Şöbəsinə müraciət edilib.

Qeyd edək ki, qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı bəzən brakonyerlər tərəfindən şəxsiyyəti təsdiq edən sənədlərin təqdim edilməməsi kimi hallar baş verir ki, bu da qanun pozucularının cəzalandırılmasında çətinliklər yaradır. Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə