Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mübariz İbrahimovun məzarı ziyarət edildi
Mübariz İbrahimovun məzarı ziyarət edildi
07 Noyabr 2014 / 12:46 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

BANM-ın tələbələri Mübariz İbrahimovun və Fərid Əhmədovun məzarı üstündə

Bakı Ali Neft Məktəbinin tələbələri Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib.  Bu gün Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid olan Mübariz İbrahimovun və Fərid Əhmədovun II Şəhidlər Xiyabanında dəfn olunmasından 4 il ötür.
Bununla əlaqədar Bakı Ali Neft Məktəbinin tələbələri II Şəhidlər Xiyabanında Milli Qəhrəman Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun qəbrini ziyarət edib və məzarları üstünə gül dəstələri qoyublar.  Onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onu da qeyd edək ki, Azərbaycan prezidentinin 22 iyul 2010-cu tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə