Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sarkisyan türk əsilli imiş?
Sarkisyan türk əsilli imiş?
07 Noyabr 2014 / 13:08 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

ANS PRESS Ermənistan prezidentini çox çətin sualla üz-üzə qoydu

Genetiklərin son araşdırmaları Ermənistan prezidenti Serj Sarkisyanın türk əsilli olmasını ehtimal etməyə imkan verir.  Genetiklərin Y xromosomlar üzərində apardığı araşdırmalara görə, Dağlıq Qarabağ və Zəngəzur ermənilərinin 45%-i prototürklərə məxsus R1b geni daşıyırlar. Məsələn, Gorus rayonunun Xndzoresk və Teqi kəndlərindən Y xromosom analizi üçün müraciət etmiş əksər şəxslərdə R1b geni aşkarlanıb.
Düzdür, ermənilər bu genin məhz qədim türklərə məxsus olması barədə susurlar. Amma Amerikada işləyən rus biokimyaçısı, Rusiyanın dövlət mükafatı laureatı, professor Anatoli Klyosovun apardığı araşdırmalar göstərir ki, R1b geninin daşıyan xalq 5 min il qabaq Altay və Baykal ətrafında yaşayıb. Anatoli Klyosovun fikrincə, türk dillərindən birində və ya prototürk dilində danışan həmin xalq 4 min 500 il qabaq Orta Asiya, Şimal Qafqaz yolu ilə Ön Asiyaya gəlib, burada Şumer və Assur mədəniyyətlərini qurub. Daha sonra Şimali Afrika yolu ilə irəliləyən prototürklər İspaniyaya çıxıblar və orda Avropanın yerli əhalisi ilə qanlı müharibələr aparıblar.

Hazırda Qərbi Avropa kişilərinin geninin 60-80%-i prototrüklərə məxsus R1b genidir. Qadınların yarıdan çoxunda isə yerli Avropa genləridir. Buna görə Klyosov düşünür ki, Qərbi Avropaya girən prototürklər yerli kişiləri qıraraq qadınları ilə evləniblər. “Ola bilər ki, türk adı sizin xoşunuza gəlmir. Bu adı nə qoyursunuz, qoyun. İstəyirsiniz ona “erbin” deyin. Amma həmin xalq qədim türk dilində danışıb. Qərbi Avropanın qədimdə müəyyən dövr türk dilində danışması, yalnız sonradan Şərqi Avropadan gələn ari hücumları nəticəsində hind-Avropa dillərinə keçməsi istisna edilmir”,- deyə təmiz qanlı slavyan zadəgan olduğu genetik səviyyədə isbatlanmış Anatoli Klyosov Rusiya telekanallarından birinə müsaşibəsində bildirib. O, fikrini Avropada tapılmış qədim runa yazılarla, arxeoloji tapıntılarla əsaslandırıb.

Serj Sarkisyanın atası Azat Sarkisyan da Teq kəndində anadan olub, amma 1937-ci ildə Qarabağa köçüb. Yəni indi Serj Sarkisyan da digər həmkəndliləri kimi R1b geni daşıması, yəni mənşəcə türk olması barədə iddialarla üz-üzədir. Bütün bu deyilənlərə baxmayaraq, Ermənistan lideri öz qanını analiz etdirib haploqrupunu müəyyən etdirmək istəmir.

Burada başqa sirr var. Müxalifət yönümlü ermənilərin forumlarda iddia etdiyinə görə, Azat Sarkisyan Serjin həqiqi atası deyil, onun bioloji atası Xankəndidə qonşuları olmuş azərbaycanlı Səiddir. İndi Serj Sarkisyanı da başa düşmək olar – birdən, genetik araşdırma onun məhz Səidin oğlu olduğunu ortaya çıxardı. Bəs, onda Serj nə etməlidir? Bioloji atasının milləti olan azərbaycanlılarınmı, yaxud anasının milləti olan ermənilərinmi tərəfini tutmalıdır? Nə isə, çox çətin məsələdir…

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə