Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dənizə düşən neftçinin cəsədi tapıldı
Dənizə düşən neftçinin cəsədi tapıldı
07 Noyabr 2014 / 14:03 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Dünən “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı 60 metrlik estakadanın uçması nəticəsində dənizə düşən neftçinin cəsədi bu gün tapılıb.

Bu barədə virtualaz.org saytına ARDNŞ-dən məlumat veriblər.

Şirkətdən bildirdilər ki, Nərimanov adına NQÇİ-nin təmirçi-çilingəri olmuş 1971-ci il təvəllüdlü Oqtay Nazim oğlu Yusipovun cəsədi hadisə yerinin yaxınlığında dəniz dibindən tapılaraq çıxarılıb.

Qeyd edək ki, uçqun nəticəsində estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb. Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək təmir işləri aparıb, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçmuş və onlar dənizə düşmüşlər. Xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb, onlardan 1-i dünyasını dəyişib.

Xatırladaq ki, bu qəza Nərimanov NQÇİ-də baş verən üçüncü hadisədir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə