Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəmkirdə evə silahlı basqın: 5 yaralı
Şəmkirdə evə silahlı basqın: 5 yaralı
07 Noyabr 2014 / 14:41 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, noyabrın 7-də saat 1 radələrində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində bir evə silahlı basqın olub. Maska taxmış, odlu və soyuq silahlarla silahlanmış 4 nəfər 1958-ci il təvəllüdlü Hüseyn Səfərovun evinə basqın edib. Evdən 6600 manat, 1 milyon rus rublu və xeyli qızıl-zinət əşyaları aparan silahlılar ev sahibinə, onun həyat yoldaşı, 62 yaşlı Ağgül Səfərovaya, oğlu, 32 yaşlı Ruslan Səfərova və gəlini, 23 yaşlı Röyalə Səfərovaya soyuq silahla bədən xəsarətləri yetiriblər.

Həmçinin evə qonaq gəlmiş Gədəbəy rayon sakini, 61 yaşlı Qətibə adlı qadın da hücuma məruz qalıb.

Yaralılardan 4-ü Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Silahlı basqını törədənlərin tapılması istiqamətində Şəmkir rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə