Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Londonda Buta Azərbaycan İncəsənəti Festivalı start götürüb
Londonda Buta Azərbaycan İncəsənəti Festivalı start götürüb
07 Noyabr 2014 / 16:24 / Baxış sayı: 202
Font1 Font2 Font3 Font4

Noyabrın 4-də Londonun möhtəşəm Royal Albert Hall`da Buta İncəsənət Mərkəzinin təşkil etdiyi Azərbaycan İncəsənətinin Londonda ikinci Buta Festivalı başlayıb. Açılış mərasimində xüsusi qonaq qismində dünyaca ünlü italyan tenor Andrea Boçelli çıxış edib.

Böyük Açılış Qala Konserti London Filarmonik Kral Orkestrinin müşayiəti ilə Azərbaycan və xaricdən olan müğənnilər və beynəlxalq musiqiçilərin iştirakı ilə xüsusilə seçilib. Konsert klassik musiqidən ənənəvi muğama qədər, Azərbaycanın duyğulu və emosional milli mahnısından Montreux mükafatının laureatı İsfar Sarabskinin qabaqcıl müasir cazına qədər bir çox müxtəlif janrlarla fərqlənib.

İfaçılar sırasında məşhur sopranolar Joan Rodgers CBE və Burçin Savigne, tenor Jeffrey Lloyd-Roberts, habelə virtuoz skripkaçı Shlomo Mintz adını çəkmək olar.

Ikinci Buta İncəsənət Festivalı beş ay ərzində davam edəcək və Londonda keçiriləcək müxtəlif tədbirləri əhatə edəcək. Bu tədbirlər çərçivəsində Azərbaycan xalçaçılıq sənətinin qədim texnikasından tutmuş, müasir fotoqrafların yaradıcılığı, caz musiqiçilərinin asan tanınan sədaları və müasir immersiv teatr atmosferində canlı çıxışlarının həyəcanına qədər geniş spektrdə incəsənət nümayiş etdiriləcək.

Festival çərçivəsində həmçinin Saatchi Galereyasında və Louise Blouin Fondunda müasir incəsənət sərgiləri keçiriləcək. Eyni zamanda Barbican`dan Southwark Cathedral qədər məkanlarda baş tutacaq çıxışlar Azərbaycan musiqisinin klassik janrından müasir janrına qədər tam spektrini əhatə edəcək. Festivalın boyunca, YARAT Müasir Incəsənət Məkanını təmsil edən yeddi rəssam öz əsərlərini Londonun ictimai yerlərində nümayiş etdirəcək.

Buta İncəsənət Mərkəzinin Direktoru Nəsib Piriyev festival haqda bildirmişdir: “Mən Londonun ən sevilən yerlərinin birində keçirilən tədbirlə ikinci Buta İncəsənət Festivalını açmağa şadam. Azərbaycanın zəngin və əsrarəngiz incəsənəti öz xalqı və bölgədəki qonşuları tərəfindən çox sevilsə də, buna rəğmən hələ də dünyanın bir çox yerlərində nisbətən az tanınır. Azərbaycanın incəsənəti və ruhunu Böyük Britaniyanın paytaxtına gətirməklə, Buta İncəsənət Mərkəzi irsimizi və inkişaf edən müasir pyeslərimizi Londonun dünya səhnəsində paylaşmaqdan sevinc hissi duyur.”

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə