Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pensiyaların baza hissəsi minimum pensiya göstəricisi ilə əvəzlənəcək
Pensiyaların baza hissəsi minimum pensiya göstəricisi ilə əvəzlənəcək
07 Noyabr 2014 / 16:30 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Minimum pensiya göstəricisinin tətbiqi pensiyaların məbləğinin hər il indeksləşdirilərək artımına imkan verəcək

“Azərbaycanda əmək haqlarının leqallaşdırılması ilə bağlı problem yaşanır”. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib. O qeyd edib ki, yuxarı (yüksək) əmək haqqı alanlar əmək haqlarının leqallaşmasında maralı deyillər.

DSMF sədri əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, hazırda vətəndaşların pensiya kapitalı ödənilən cəmi sosial sığorta haqqının 50 faizinin fərdi hesablarda qeydə alınması ilə formalaşdırılır, digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir. Onun sözlərinə görə, məhz bu hal yüksək əməkhaqqından sosial sığorta haqqı ödənilməsinə marağı azaldır. “Bunun tənzimlənməsi, eləcə də qeyri-leqal əmək ödənişlərinin iqtisadi üsullarla aradan qaldırılması işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini tələb edir. Bu qaydanın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Digər tərəfdən hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbi qoyulmayacaq”.

E. Mehdiyev deyib ki, əmək pensiyalarının baza hissəsinin minimum pensiya göstəricisi ilə əvəz olunması pensiyaların məbləğinin hər il indeksləşdirilərək artımına imkan verəcək. Məsələn, cari ildə baza hissəsinin artımı baş verməyib, növbəti ilin yanvar ayında isə qanunvericiliyə görə yalnız sığorta hissəsi indeksləşdiriləcək. Yeni qaydaların tətbiqi isə pensiyanın minimum həddi də daxil olmaqla bütün məbləğinin hər il indeksləşdirilərək artırılmasını nəzərdə tutur”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə