Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məlahət Hacıyeva nəzarəti tamam itirib
Məlahət Hacıyeva nəzarəti tamam itirib
07 Noyabr 2014 / 16:50 / Baxış sayı: 156
Font1 Font2 Font3 Font4

Bir neçə ay öncə 7 nömrəli xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi ilə başlayan qalmaqalın narahatlığı hələ tam aradan qalxmamış ikinci bir hadisə baş verdi. Bu dəfə 10 yaşlı Surxay 11 saylı İnteqrasiya təlimli internat məktəbində yandırılıb. Şagirdin yandırılması ilə bağlı məlumat mətbuatda işıqlandırıldıqdan sonra Təhsil Nazirliyi bu barədə açıqlama yayaraq hadisənin ani zamanda baş verdiyini və şagirdin digər şagird yoldaşının ehtiyatsızlığı ucbatından xəsarət aldığını bildirib.

Ancaq bunlar internat məktəblərdə baş verən hadisələrdən ancaq cüzi hissəsidir. Baş verənlərin bir çoxu mətbuata çıxarılmadan daxildə “həll edilir”. Ancaq hətta bu da internat məktəbində şagirdlərin vəziyyəti barədə əhali arasında ağızdan-ağıza dolaşan məlumatlaırnq arşısını almağa yetərli olmur. İnternat məktəblərindəki şagirdlərə verilən yeməkdən tutmuş yeniyetmə uşaqların varlı evlərində qanunsuz əməyə cəlb edilməsinə qədər ən müxtəlif xəbərlər yayılır və onların doğruluğuna heç kəsdə şübhə yaranmır.

Bu isə Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin fəaliyyətinə yenidən baxılmasını vacib edir. İdarənini müdiri Məlahət Hacıyeva bu mövzuda danışmağı xoşlamır, əslində heç nazirliyin saytında da idarənin fəaliyyəti barədə ətraflı məlumat ələ etmək mümkün deyil.

ushaq dubinkaQeyd edək ki, Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” 2006-cı il mart ayının 29-da ölkə Prezidentinin 1386 nömrəli sərəncamı ilə təsdiq edilib. Proqram De-institusionalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib.

Proqramın əsas məqsədi uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi, alternativ qayğının təşkili mexanizmlərinin yaradılmasının təmin edilməsi ilə yanaşı, cəmiyyətdə elə bir mühit yaratmaqdır ki, uşaqlar yaşadıqları ərazidə alternativ qayğı ilə əhatə olunaraq dövlət uşaq müəssisələrinə düşməsinlər.

Dövlət Proqramın səmərəli icrasını təmin etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyun 2007-ci il tarixli 174 s saylı sərəncamı və Azərbaycan Respublikası təhsil nazirinin 02 iyul 2007-ci il tarixli, 788 saylı əmri əsasında 5 nəfərdən ibarət İşçi Qrupu və 2010-cu il 13 yanvar tarixli 5 nömrəli Qərarı ilə isə İşçi Qrupunun bazasında De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılıb.
İdarə yarananda internatlardakı vəziyyətin tamamilə nəzarət altına alınacağı və həmin zamana qədər baş verən hadisələrin təkrarlanmaması üçün ciddi tədbirlərin görüləcəyi ümidi vardı.

ushaqAmma qısa zamanda aparılan müşahidələr göstərdi ki, nazirlik və adıçəkilən idarə, onun təhbərliyi internat məktəblərə tam nəzarət edə bilmir. Nəzarət hansısa xeyriyyə aksiyasının internatda keçirilməsinə icazə verilib-verilməməsi ilə məhdudlaşmamalıdır. Nəzarət həmin müəssisələrdəki uşaqların hüquqlarının, sağlamlıqlarının qorunmsı, onların əsl şəxsiyyət kimi yetişməsinə şərait yaradılmasına yönəldilməlidir ki, indiki şəraitdə fəaliyyət bundan kifayət qədər uzaqdır. Məlahət Hacıyeva bu idarəyə rəhbər təyin edildiyi ilk zamanlardan fərqli olaraq indi mətbuata açıq deyil. Mətbuatın bu mövzu ilə bağlı sualları demək olar ki, cavabını tapmır. Nazirlikdə rəhbər dəyişikliyi zamanı vəzifəsini itirəcək yüksək vəzifəli əməkdaşlardan birinin də Məlahət Hacıyeva olacağı təxmin edilridi. Amma təxminlər doğrulmadı və hətta internat məktəbdə bir-birinin ardınca baş verən hadisələr də M.hacıyüvanı vəzifə kreslosunu itirməsinə səbəb olmadı. Halbuki bunabənzər hər hansə bir hadisəyə görə başqa biri mütləq vəzifəsi ilə vidalaşmalı olardı. Ancaq görünür indiki halda Məlahət Hacıyeva üçün vəzifə məsum körpələrin gələcəyindən daha qiymətlidir.

İlkin Hüseynli
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə