Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaradağda “Mənim üçrəngli bayrağım” mövzusunda dəyir masa keçirilib
Qaradağda “Mənim üçrəngli bayrağım” mövzusunda dəyir masa keçirilib
07 Noyabr 2014 / 17:35 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Qaradağ rayonunun Lökbatn qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 09 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirilib

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Bakı Dövlət Universitetinin tarix elmləri üzrə fəlsəfə doktoru Nuru Məmmədov, Bakı Dövlət Universitetinin tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Ələmdar Şahverdiyev və digər qonaqlar iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Milli Bayrağımızı əks etdirən rəsmlərindən ibarət guşə ilə tanış oldular, şagirdlərin vətənpərlik mövzusunda şeirləri dinlənilib.
 Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Emil Abbasov 09 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasını əlamətdar bir hadisə olduğunu vurğulayaraq, müstəqillik rəmzimiz olan Dövlət Bayrağımızın yaranması tarixindən danışıb.
Bildirdi ki, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyini, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunub.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev də ölkəmizin milli dövlət rəmzlərini uca tutur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında, eləcə də 2009-cı il noyabrın 17 – də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamlar dövlətimiz tərəfindən milli atributlarımıza verilən yüksək dəyərdir. Bundan başqa regionlarda Bayraq Meydanlarının yaradılması cəmiyyətimizdə xüsusəndə gənclərimizdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edib.
Daha sonra çıxış edən qonaqlar üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsini ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapdığını bildiriblər.
Dövlətimizin başçısının milli ideallara bağlılığı üçrəngli bayrağımıza münasibətdə də açıq-aydın göründüyünü, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsi kimi səciyyələndiriblər. Dövlət rəmzlərimizə göstərilən bu münasibət ölkəmizdə milli həmrəyliyi, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsini, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məramından irəli gəldiyi fikirləri səsləndiriblər.
pia.az
 

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə