Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

222 saylı baxçada pul və “meyvə yığımı”
222 saylı baxçada pul və “meyvə yığımı”
08 Noyabr 2014 / 0:11 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Xətai rayonunda yerləşən 222 saylı uşaq bağçasında özbaşınalıq hökm sürür.

Bağçanın müdiri isə icra başçısı Razim Məmmədovun yaxın qohumu Aygün adlı müəllimədir.  222 saylı uşaq bağçası bir neçə il əvvəl təmir olunub. Bundan sonra bağça müdirəsi uşaqların qəbulu üçün valideynlərdən 200 manat pul tələb edib. 

Arqument.az-a daxil olan məlumata görə, bu yaxınlarda bağçada yoxlama aparılıb. Məlum olub ki, bağçada uşaqlara verilən ərzaqda çatışmazlıq var. Belə ki, 300 manat məbləğində ərzaq yoxa çıxıb.

Baxça müdiri bu əskiyi qapatmaq üçün tərbiyəçilərdən əlavə pul yığıb. Tərbiyəçilər isə bu pulu valideynlərdən istəyir.

Valideynlərdən birinin dediyinə görə, bağçada keçirilən payız bayramı adı ilə valideynlərdən pul yığılır. Onlardan bağçaya ya meyvə xonçası, ya da 10 manat pul verilməsi tələb olunur. Bu meyvələr və pullar isə müdiriyyətə çatır.

Görünür, Azərbaycanda dövlət idarələrində “meyvə yığımı” yenilikdir. Bundan sonra daha hansı “fövəladə yeniliklər”in olması yəqin ki, heç kəsi təəccübləndirməyəcək. Gəlin sonrakı “yığımlar”ı gözləyək…

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə