Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağdamda maliyyə qalmaqalı – Administrasiya problemdən xəbərdardır
Ağdamda maliyyə qalmaqalı – Administrasiya problemdən xəbərdardır
08 Noyabr 2014 / 0:36 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Ölkə mətbuatında Ağdam rayonunun keçmiş icra başçısı Nizami Sadıqovla hazırda da rayonun Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışan Elşad Əhmədovun ortaq maliyyə maxinasiyaları barədə ciddi faktlar yendan bəhs etmişdik. ?Sözügedən məqalr alır.  Qeyd olunur ki, Ağdam rayonuna ayrılan 35 milyon manatı “ustalıqla silərək” özləri üçün komfort şərait yaradan cütlük həmin əməliyyatdan kifayət qədər böyük xeyirlə çıxıblar.  

Belə ki, keçmiş icra başçısı Nizami Sadıqovla razılaşdırılmış qaydada hərəkət edən Elşad Əhmədov 35 milyon manatın əhəmiyyətli hissəsini sənədlərdə “silmiş” və tərəflər bundan şəxsi məqsədləri üçün yararlanmışlar. Belə ki, Nizami Sadıqov həmin pulla özünə Bakıda yerləşən”İzmir” restoranını alıb. Keçmiş icra başçısının təkcə bu restorana görə 5 milyon manat ödədiyi bildirilir. Onun eyni zamanda paytaxtda daha bir iri obyektə sahibləndiyi daxil olan informasiyalar arasındadır.

Elşad Əhmədov-Nizami Sadıqov cütlüyü əslində bütün bu əməliyyatları məqsədli şəkildə həyata keçiriblər. Belə ki, onlarda Nizami Sadıqovun yaxın zamanlarda icra başçısı postundan azad olunacağına dair informasiya əvvəlcədən olub. Elə buna görə də şəriklər bu qısa zaman kəsiyindən daha “səmərəli” istifadə etmək qərarına gəliblər. Nəticədə Ağdam rayonunun büdcəsi tamamilə boşalıb.

Ağdam rayonunun yeni icra başçısı Raqub Məmmədov nəyin baş verdiyini təfərrüatı ilə bildikdən sonra Elşad Əhmədovla çox sərt dildə danışmalı olub. Maliyyə İdarəsinin rəisi isə yeni icra başçısına “hər şeyi yoluna qoyacam” açıqlamasını verməkdən başqa çarəsi qalmayıb. Amma onun “hər şeyi yoluna qoyması” heç də inandırıcı deyil. Lakin məlumatda qeyd olunur ki, baş verənlər barədə Prezident Administrasiyasindakı aidiyyatı şəxslər məlumatlıdır və problemin həlli üçün Raqub Məmmədova ciddi tapşırıq verilib. Əks təqdirdə rayona yeni icra başçısının təyinatı qaçılmaz olacaq…

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə