Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Mübariz Qurbanlı dindən xəbərsizdir”
“Mübariz Qurbanlı dindən xəbərsizdir”
08 Noyabr 2014 / 14:56 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlama verərək Bakı şəhəri, Yasamal rayonunda yerləşən İlahiyyat məscidində məqsədli şəkildə sıxlıq yaradıldığını deyib. 

AzNews.az-a açıqlama verən ilahiyyatçı alim Elşad Miri Komitə sədrinin fikirləri ilə razı olmadığını bildirib. “O məscidə gedən insanlardan biri də mənəm. Şəxsən mənim ora getməkdə məqsədim say artırmaq, kiməsə nəsə göstərmək deyil. Həmçinin, tanıdığım bir çox insanlar da ora ibadət üçün gedirlər. Mübariz Qurbanlı dindən xəbərsiz olduğuna görə, bu cür cümlə işlədib. Mən Mübariz müəllimin bu günə qədər etdiyi çıxışlarını yaxşı qarşılayırdım.

Onun bu açıqlaması isə məni çox təəccübləndirdi. Əgər belə bir göstəriş varsa, bunu kim verə bilər axı? Məscid imamından xoşum gəlməsə belə ora gedirəm. Məni və mənim kimi şəxsləri heç kim məscidə xahiş və göstərişlə gətirmir”, – deyə Elşad Miri vurğulayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə