Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Maşallah Əhmədova bir qəpikdə borclu deyilik”
“Maşallah Əhmədova bir qəpikdə borclu deyilik”
08 Noyabr 2014 / 16:17 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4

Vilyam Hacıyev: “Haqqımızda yalan yazanlarla bağlı məhkəməyə müraciət edəcəyik”

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev  “Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədova 2 milyon manat borculu olması ilə bağlı yayılan xəbərlərlə bağlıVətəninfo.az-a danışdı. Vilyam Hacıyev bildirdi ki, o Maşallah Əhmədova bu və ya digər şəkildə pul borclu deyil.

“ İmişli rayonunda abadlıq və quruculuq işlərinin görülməsi üçün ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2 milyon manat vəsait ayrılmışdı ki, həmin vəsaitdə abadlıq və quruculuq işləri görmək üçün  podratçı şirkətlə müqavilə imzalanıb və həmin görülən işlərin həcmində vəsait məhz qeyd olunan podratçı şirkətin hesabına köçürülüb. Bu məsələ ilə bağlı dəfələrlə mən özüm açıqlama vermişəm və bəyan etmişəm ki, İmişli rayonunda abadlıq və quruculuq işlərində Maşallah Əhmədov hər hansı şəkildə iştirak etməyib və ona bir qəbik belə borclu deyilik”.

Vilyam Hacıyev veteran futbolçu ilə bağlı maraqlı bir məlumat da verdi və qeyd etdi ki, üç dəfə Maşallah Əhmədov haqqında Bakı Şəhər Prokrorluğunda cinayət işi açılıb.“Maraqlıdır ki, hər dəfə də Maşallah Əhmədov özünü bu açılan cinayət işlərindən qurtara bilib”.
Vilyam Hacıyev haqqında məlumat yayan media orqanları ilə bağlı isə bildirdi ki, bu gün hansısa media orqanı məsələnin mahiyyətini bilmədən belə bir məlumat yaymaqla, həm İmişli rayonu haqqında,eyni zamanda da şəxsi ilə bağlı cəmiyyətdə müəyyən mənfi fikri formalaşdırmağa səy göstərirlər.

“Təbii ki, belə olduğu halda da biz məcbiuruq həmin mətbuat orqanına qarşı hüquqi müstəvidə cavab verək. Bir məsələni də qeyd edim ki, Azərbaycanda söz və mətbut azadlığı var və təbii ki, hər bir kəs səsləndirdiyi, yazdığı fikirlərə görə məsuliyyət daşıyır. Haqqımızda böhtan yazanlar haqqında hüquqlarımızı məhkəmə müstəvisində qorumağa çalışanda bu media orqanları Mətbuat Şurasına müraciət edərək onlarla bağlı məhkəmə proseslərinin durdurulması üçün xahiş-minnət edirlər. Niyə yalan və böhtan yazırsınız ki, sonra da xahiş və minnətçi olursunuz. Bunu bəri başdan araşdırın,mövqeyimizi öyrənin sonra yazın. Birtərəfli şəkildə hazırladığınız məlumatlar təbii ki, yalan və böhtan olduğunda bununla bağlı məsuliyyəti də dərk etmək lazımdı”.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə