Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eldar Əzizovun karyerasını bitirəcək yanlışlar silsiləsi
Eldar Əzizovun karyerasını bitirəcək yanlışlar silsiləsi
10 Noyabr 2014 / 18:16 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Bir müddət əvvəl hakimiyyətin “qara siyahısı”na düşən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov kürsüsünü qorumaq üçün müxtəlif vasitələrə əl atır.

Məlumata görə, icra başçısı bunun üçün ha-kimiyyətin yuxarı dairələrindəki dəstəkçilərinə minnətçi də düşüb. Amma buna baxmayaraq, ona, özünü doğrultmağı və bir müddət öncə buraxdığı səhvləri düzəltməyi məsləhət görüblər.

Məsələ ondadır ki, E.Əzizovun hakimiyyət daxilindəki əleyhdarları da boş oturmurlar. Onlar, davamlı olaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəaliyyətini təftiş etdirirlər.

Xatırladaq ki, Hesablama Palatasının sentyabr ayının 15-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsi və dövlət əsaslı vəsait qoyuluşu müzakirəyə çıxarılıb. Dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə və Sumqayıt Şəhər Təhsil Şöbəsinə, həmçinin, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərar verilib.

Zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Bu qərardan sonra sözügedən istiqamətdə də yoxlamalar aparılıb, xeyli nöqsan və maliyyə fırıldaqları aşkarlanaraq, hakimiyyətin yuxarı dairələrinin diqqətinə çatdırılıb. Yəni, icra başçısı Eldar Əzizovun öz fəaliyyətində müsbətə doğru dönüş yaratmadığı mesajı verilib.

“Reytinq”ə daxil olan məlumata görə, Eldar Əzizov budəfəki təzyiqlərdən qurtarmaq üçün fəaliyyəti yoxlanılan qurumların rəhbərlərini “qurban verməklə” yaxasını kənara çəkməyə çalışır. O, Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovu, Mədəniyyət və Turizm İdarəsinin müdiri Ќamiq Qafarovu, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Abid Əliyevi işdən çıxarıb, problemin ondan qaynaqlan-madığı mesajını vermək istəyir. Ancaq E.Əzizov Sumqayıta icra başçısı təyin ediləndən ən xırda maliyyə əməliyyatlarına da nəzarət etdiyindən, idarə və müəssislərdə baş verən maliyyə fırıldaqlarından məlumatlıdır. Yəni, onun hakimiyyətin yuxarı dairələrini aldatmaq planı baş tutmaya da bilər.

Sumqayıtdakı sosial-iqtisadi problemlərin əndazəni aşması da icra başçısına qarşı münasibəti kəskinləşdirən səbəblərdən biridir. Məlumata görə, bu gün ən vacib problemlərdən biri də şəhərin istilik sistemi ilə bağlıdır. Çünki hələ də şəhərin böyük hissəsində istilik təchizatı mövcud deyil.

Hər il Sumqayıta dövlət büdcəsindən milyonlarla manat ayrılsa da, bu vəsait yalnız şəhərin mərkəzi küçələrinin təmirinə, bardürlərin və asfalt örtüyünün yenilənməsinə sərf edilir. Ən mənfi tendensiyalardan biri də odur ki, abadlıq işləri mərkəzi küçələrin binalarının fasad və dam örtüyünün yenilənməsindən ibarət olur. Yəni, maliyyə fırıldaqları ilə müşaiyət olunan quruculuq işləri kosmetik mahiyyət daşıyır. Şəhərin daxili problemləri isə kifayət qədərdir.

Redaksiyamızın elektron poçtuna Sumqayıtdakı problemlərdən bəhs edən şikayət məktubları da daxil olur. Şəhər sakinləri qış aylarında soyuqdan əziyyət çəkdiklərini bildirməklə yanaşı, bəzi yaşayış binalarına aid zirzəmilərin su ilə dolu olması səbəbindən (əsasən 1-2 və 5-ci mikrorayonlarda) nəmişilik, üfunət və digər problemlərlə baş-başa qaldıqlarını qeyd edirlər. Sakinlər bildirirlər ki, Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı təyin ediləndən sonra belə problemlər daha da artıb.

Əldə etdiyimiz məlumata görə, E.Əzizov şəhərdə fəaliyyət göstərən sahibkarları da narazı salıb. Onun müxtəlif vasitələrlə şəhərin iri marketlərinin qazancına şərik çıxdığı da bildirilir. Orta və kiçik sahibkarlardan isə müxtəlif bəhanələrlə altı aydan bir hesab alınır. İcra başçısının mədəni sferanın işinə müdaxiləsi də müsbət qarşılanmır. Şəhər sakinləri iddia edirlər ki, E.Əzizov teatrların da normal fəaliyyətinə imkan vermir: “Aktyorlar daha çox icra hakimiyyətinin müxtəlif tədbirləri üçün çalışırlar. Bu səbəbdən də yaradıcılıq işlərinə yetərincə vaxt ayrılmır. Ona görə də şə-hərin teatrlarında səhnəyə yeni əsərlər ya qoyulmur, ya da bu, çox az hallarda baş verir”.

Bizi bilgiləndirən Sumqayıt sakinlərinin sözlərinə görə, E.Əzizovun məqsədi müxtəlif əraziləri iş adamlarına satmaqdır. Harada uşaq meydançası, idman meydançası, ya da köhnə tikili varsa, onları sökdürür. Yerində uşaq bağçasının inşaa ediləcəyi barədə şaiyələr yaydıraraq, həmin əraziləri ayrı-ayrı iş adamları-nın 14-17 mərtəbəli binalar tikdirməsi üçün “hərraca” çıxarır: “Şəhərdə artıq boş yer qalmayıb. Künc-bucaqlar da zəbt olunur. 350-400 minə yaxın Sumqayıt əhalisi 5-10 nəfərin əlində əsir-yesir olub. Ağına-bozuna baxmadan bildiklərini edirlər. Gecə ilə yaşıllıqları məhv edib, yerində müxtəlif obyektlər tikirlər. N.Nərimanov prospektini az qala, bank-ticarət prospektinə çeviriblər. Prospekt boyunca son illərdə nə qədər yeni obyektlər peyda olub. Təbii ki, bütün bunlar Eldar Əzizovun iradəsi daxilində baş verir”.

E.Əzizovun Pompey sevgisi də sumqayıtlıların diqqətindən yayınmır. Məlumata görə, E.Əzizovun Pompey şəhərinin meri Emiliano Saponaro ilə dostluq əlaqəsi şəhərin bütün tədbirlərində özünü göstərir: “Üç ildir şəhər tədbiri keçirir, ancaq Pompeyi salır araya. Sonra da oranın merini çağırıb göstərir ki, bunu sənin üçün edirəm və gedir İtaliyada istirahətə. Elə bil Sumqayıtın başqa bir siması, görkəmli şəxsiyyəti yoxdur. Sumqayıtı qurub-yaradan, onun inkişafında əməyi olan o qədər insan var ki… Niyə onları da yada salmırlar? Amma Coratın yaxınlığından keçən və qanlı döyüşlər aparan italyan sərkərdəsinin az qala, hər il obrazını canlandırırlar. Sumqayıtda məşhur ticarət mərkəzlərindən birinin “Pompey” adlandırılması da çox güman ki, Eldar Əzizovun İtaliya mərəzindən irəli gəlir”. Görünən odur ki, bütün cəhdlərinə baxmayaraq, E.Əzizov üçün vəzifəsini qorumaq elə də asan olmayacaq. Çünki şəhərin sosial problemlərinin çoxalması, sakinlərin narazılığının artması, büdcə vəsaitlərinin talan edilməsi ədalət bucağından baxdıqda, bunun üçün kifayətdir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə