Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səbail rayonunda ağacəkmə aksiyası
Səbail rayonunda ağacəkmə aksiyası
11 Noyabr 2014 / 10:18 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Bu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kompaniyasına start verilmiş, artıq ölkə miqyasında xeyli ağac və gül kolları əkilmişdir. Layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.

Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayon ictimaiyyəti nümayəndələri tərəfindən Ümimrespublika Yaşıl marafon layihəsi çərçivəsində geniş miqyaslı ağacəkmə aksiyası keçirmişdir. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə Abbasqulu Abbaszadə küçəsi boyunca böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunmuşdur.

İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, bura mineral gübrələr səpilmişdir. Burada əvvələlər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilmiş, ən əsası isə böyük miqdarda dekorativ ağac və gül kolları alınmışdır. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdiyilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilmişdir.

Yaşıl marafon layihəsinin ilk həftəsində keçirilən aksiya zamanı 3000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilmiş, hazırlanmış sahəyə 3500 kvadrat metr qazon otu döşənmiş, əvvəl əkilmiş 2000 ədəd ağaclara qulluq göstərilmişdir.

Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur. Qeyd etmək lazımdır ki, RİH tərəfindən Bakı şəhərinin cənub çıxışında, Salyan yolu boyunca böyük bir ərazidə cari ilin əvvəlindən iri miqyaslı yaşıllaşdırma işləri aparılmış, böyük sayda ağac və gül kolları əkilmişdir və hazırda onlara qulluq göstərilməsi işləri aparılır. Mövsüm ərzində rayonda bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə