Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pul yeyən şəbəkə
Pul yeyən şəbəkə
11 Noyabr 2014 / 10:22 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Ölkədə 2,5-3 milyarda yaxın elektrik enerjisi itkiyə gedir

Azərbaycanda ötən il 21,5 milyard kilovatsatt elektrik enerjisi istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun təqribən 2,5-3 milyarda yaxını nəqletmədə və paylayıcı şəbəkədə itib, yəni texniki itkiyə gedib. Hazırda 1 kilovat əhaliyə 6 qəpiyə satılır. Bunun baha olması yalnız itkilərlə və vergilərlə bağlıdır.  
Belə ki, ölkə daxilində əlavə dəyər vergisi əlavə olunduğunda qiymətlə nisbətən bahalaşır. Hər halda ölkə ərazisində istehsal olunan elektrik enerjisinin qiyməti daxili resurslar hesabına tənzimlənməsi faydalı olar. Mütəxəssislərin fikrincə, ölkədə elektrik enerjisi ilə təchizatın etibarlığının və keyfiyyətinin artırılması, o cümlədən iqtisadi səmərəliliyin əldə olunması məqsədi ilə yüksək gərginlikli elektrik veriliş xətləri şəbəkəsinin idarə olunmasının və istismarının təkmilləşdirilməsi, beynəlxalq standartlara cavab verən sistemin yaradılması və ötürücü sektorun reabilitasiyası mühüm vəzifələrdəndir.
Ekspert İlham Şaban ANS PRESS-ə deyib ki, 2005-ci ildən indiyədək Azərbaycanda elektrik enerjisi təsərrüfatına 4 milyard manata yaxın vəsait qoyulub, yeni stansiyalar tikilib. Hesabat verilib ki, tikilən stansiyalar beynəlxalq standartlara cavab verir. Ancaq çox maraqlıdır ki, Avropada SES-lər 180-200 qram şərti yanacaq işlədir, amma Azərbaycanda 280-300 qram işlənilir. Bu isə elektrikl enerjisinin maya dəyərinin 1,5 dəfə artmasına gətirib çıxarır. İndi Azərbaycanda elektrik enerjisinin qiyməti Ukraynadan da bahadır. Ümumiyyətlə, MDB dövlətlərində elekrik enerjisinin maya dəyərinə baxsaq görərik ki, idxal ölkəsi olan Belarusla da müqayisə olunmuruq.

Onun sözlərinə görə, Azərbaycanda elektrik enerjisinin topdansatış qiyməti təqribən 3,1 qəpik, yəni 4 sentdir. Bu, region ölkələri ilə müqayisədə böyük rəqəmdir: “Bakı ilə Mingəçevirin arası 300 kilometrdir, yəni elektrik xətti 300 kilomert məsafdən gəlir. Təbii ki, bu məsafədə naqillərin qızması baş verir və bu da itkiyə səbəb olur. Ümumiyyətlə, xətt nə qədər yaxın olsa, elektrik enerjisi istehlakçıya nə qədər yaxın məsafədən çatdırılarsa, bu, o qədər yaxşıdır. Yəni bütün bunlar nəzərə alınsa, bu, əhaliyə satılan elektrik enerjisinin qiymətinə təsir göstərər.”

“Azərenerji” Səhmdar Cəmiyyəti elektrik enerjisi sistemində müasir dispetçer idarəetmə sisteminin (SCADA/EMS), o cümlədən optik-lifli xətlərlə müasir rabitə sisteminin yaradılması, yarımstansiyalarda və elektrik stansiyalarında texnoloji məlumatların toplanması və emal edilməsi üçün terminalların və sürətli kompüter texnikasının quraşdırılması, əsas mərkəzi dispetçer idarəsinin yenidən qurulması və ehtiyat dispetçer idarəsinin yaradılması istiqamətində ciddi iş aparır. Paytaxtda və regionlarda modul tipli yeni stansiyaların quraşdırılması prosesi davam edir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə