Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dağıstan prezidentinin korteji qəzaya uğrayıb
Dağıstan prezidentinin korteji qəzaya uğrayıb
11 Noyabr 2014 / 10:37 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Dünən axşam Dağıstan prezidenti Ramazan Abdulatipovun kortejinin qəzaya uğraması barədə məlumat yayılıb.

“Trend” RİA Novosti agentliyinə istinadən bildirib ki, qəza nəticəsində xəsarət alan olmayıb. “Bu gün iş günündən sonra Respublika başçısının kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, ölən yoxdur”, -deyə Dağıstan hökumətinin mətbuat xidməti idarəsinin məlumatında qeyd olunub.

O da vurğulanıb ki, yol-nəqliyyat hadisəsi Mahaçqala-Kaspiysk yolunda baş verib. Amma sonradan elə həmin RİA Novosti agentliyinə istinadən belə bir xəbər yayıldı ki, Mahaçqala-Kaspiysk yolunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi kortej keçdikdən sonra qeydə alınıb.

Yeri gəlmişkən, sonuncu xəbəri Dağıstan DİN-in növbətçi hissəsi yayıb. Orada yol qəzasının R.Abdulatipovun korteji ilə əlaqəli olmadığı vurğulanır: “”Opel Astra” avtomobilinin sürücüsü sərxoş vəziyyətdə idarəetməni itirərək qarşı zolağa çıxıb və “Land Cruiser” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Land Cruiser”, öz növbəsində, yolun kənarında dayanan VAZ-a çırpılıb. Nəticədə 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə