Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Siyəzən sakinləri icra başçısından prezidentə şikayət etdi
Siyəzən sakinləri icra başçısından prezidentə şikayət etdi
11 Noyabr 2014 / 10:44 / Baxış sayı: 204
Font1 Font2 Font3 Font4

Siyəzənin mərkəzi yolları abad olsa da kəndlərə aparan qolları bədbad gündədir. Çarxana kənd sakinləri hər yağış yağandan sonra bu yollarda əziyyət çəkdiklərini deyirlər.

Çarxanalı Baba dayı yolu keçəndə şalvarının ətəyini qatlayıb keçir: “Nə bələdiyyə, nə də icra nümayəndəliyi yola baxır. Uzunboğaz çəkmə geyinməsək, mümkün deyil. Şalvarımızın ətəyini qatlayırıq, yolu birtəhər keçirik”.

Kənd sakini Baba kişi

Bu yollarda sürücülərin vəziyyəti piyadalardan daha acınacaqlıdır.

Kənddən Siyəzənin mərkəzinə müştəri aparıb-gətirən sürücü Əmrah qazandığı pulun çox hissəsini “Jiquli”nin üstünə qoyduğunu deyir: “Yağışdan sonra suyun altında qalan çuxurları görmək olmur. Düşürük çuxura, çıxa bilmirik. Maşın da indi Siyəzəndə çox ailələrin çörək ağacıdır. Məcbur qalıb borca-xərcə girib təmir etdirməli oluruq”.

Kəndin özündə də yol infrastrukturu baxımsız vəziyyətdədir. Bir sözlə, Siyəzənin əksər kəndləri yağışdan sonra eyni aqibəti yaşayır. Yayı tozlu-tozanaqlı, payızı-qışı palçıqlı..

Sakinlər deyir: “Məktəb yolun o üzündədir. Uşaqlara qaloş geyindirib məktəbə yola salırıq. Küçənin palçığı evlərimizdədir”.

Kənd məktəbində 6-cı sinifdə oxuyan Heybətin istəyi isə budur: “Nə deyim e, pis gündədir yollarımız, düzəltsələr əla olar. Məktəbə gedib-gələ bilmirik. Məktəbi də pis günə qoyuruq”.

Kənd ağsaqqallarından Ərşad kişi isə deyir ki, problem təkcə yolların bərbad olmasında deyil, həm də kanalizasiya sisteminin yoxluğudur: “Kanalizasiya olmasa, hər şey yalandır. Hər yağışdan sonra vəziyyətimiz budur. Sular yığılır yollarda, qəzalar artır, üst-başımız palçıqlı… Gərək bələdiyyə, icra nümayəndəliyi düşünsün bu barədə”.

Kənd sakini Ərşad kişi

Sakinlər danışırlar ki, şimal bölgəsi olduğundan bəzən yağışların arası kəsmir, günlərlə yağır. Onda vəziyyət lap ağır olur. Küçələr, su içində qalır. Əmələ gələn gölməçələrdəki yağış suları az qala dizə qalxır. Sakinlər kənddə heç olmasa suçəkən nasosların quraşdırılmasını istəyirlər.

Siyəzən Rayon İcra Hakimiyyətindən isə “Azadlıq” radiosuna bildiriblər ki, kənd yollarının və kəndiçi yolların təmiri ilə bağlı layihə hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Çarxana da belə kəndlərin siyahısındadır. Layihəni gerçəkləşdirmək üçün sadəcə zamana ehtiyac var.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə