Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda subtropik meyvə mafiyası:Fakt və rəqəmlər
Azərbaycanda subtropik meyvə mafiyası:Fakt və rəqəmlər
11 Noyabr 2014 / 10:54 / Baxış sayı: 70
Font1 Font2 Font3 Font4

Tropik və subtropik meyvələrin biznesi “Alyans-Trans” şirkətinin monopoliyasındadır və bu malların qanunsuz dövriyyəsinin həcmi 20 milyon dollardan çoxdur

Banan ölkədə ayrı-ayrı idxal mallarına inhisarçılığın olmasının və mafioz strukturların qiymət diktəsinin əyani sübutlarındandır. Amma dövlət Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şəxsində antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı bir dəfə də iş qaldırmayıb.

Banan mövsümdən asılı olmayaraq satılan meyvələrdəndir. İlin fəslindən asılı olmayaraq onun qiyməti eynidir – azı 2 manat.

Gömrük Komitəsinin məlumatına görə, bu ilin 6 ayında 4 115,4 ton banan gətirilib və sərhəddə 1 kq-ı 0,92 sentə sənədləşib. Statistikaya inansaq, ildə adambaşına 1 kq banan istehlak edilir: 2013-cü ildə 8 954,4 ton banan idxal edilib. Azərbaycanın qonşularından Rusiya adambaşına 8,78 kq, İran 4,70 kq, Türkiyə 3 kq banan idxal edir.

DGK-nın məlumatı göstərir ki, idxal həcmini “tənzimləyicinin” tapşırığı ilə yerbəyer etmək olar. 2012-ci ildə gömrük banan idxalı həcmini “kəsib”. Bu ildə leqal idxal 1 472,1 ton olub.

2009-2010-cu illərdə yerli və xarici mətbuat gömrük əməliyyatlarını idarə edən mafioz strukturlar barədə tez-tez yazıb. ABŞ-da qeydiyyatdan keçmiş “Cool Zone Caspian LTD” adlı şirkətin Azərbaycana Gürcüstanın Poti limanından banan ixrac etmək cəhdlərinin qarşısı alınmışdı. Yerli inhisarçının icazəsi olmadığı üçün mal refrijeratorlarda çürüyüb. 2010-cu ildə gömrükçülər rəqəmlərdə səxavət göstərib və idxal həcmi 19 241,8 ton təşkil edib. Amma qiymətlərdə heç bir dəyişiklik olmamışdı.

Azərbaycanda banan və başqa tropik və subtropik meyvələrin biznesinə “Alyans-Trans” adlı şirkət nəzarət edir. Topdansatış eyni qrupa məxsus “Meyvəli” bazasında həyata keçirilir.

Gürcüstanda gömrük korrupsiyalaşmayıb və inhisarçılıqdan şikayət yoxdur. Bu ölkəyə 9 ayda $14,4 mln məbləğində banan idxal edilib. 2010-2012-ci illərdə bu ölkədə banan idxalı 14-15, 2013-cü ildə 18,3 milyon dollar olub. 2012-ci ildə Ermənistanda banan idxalı 12,5 min ton olub.

Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Azərbaycan ildə orta hesabla adambaşına 1,78 kq banan idxal edən ölkələr sırasındadır. Yəni illik banan istehlakı həcmi 17 min tondur. Bu malın qanunsuz dövriyyəsinin həcmi 20 milyon dollar qiymətləndirilir//istiqlal.az

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə