Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avropa Məhkəməsi hökumətə İntiqam Əliyevlə bağlı sorğu göndərdi
Avropa Məhkəməsi hökumətə İntiqam Əliyevlə bağlı sorğu göndərdi
11 Noyabr 2014 / 11:02 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Avropa Məhkəməsi hazırda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı Azərbaycan hökumətinə sorğu göndərib.

Bu barədə vəkil Cavad Cavadov facebook səhifəsində yazıb. “İntiqam Əliyevin səhhəti həqiqətən yaxşı deyil və onun həkim nəzarətinə götürülməsi hələ ki, işə yaramır.

Müraciətlərimizə cavab verilmir, onun müayinə nəticələri, rentgen fotoları öz həkimlərimizə göstərilməsi üçün verilmir. Belə vəziyyətdə Avropa Məhkəməsinə qaydaların 39 maddəsinə əsasən müvəqqəti tədbirin tətbiq edilməsi üçün müraciət etməyimiz zəruri addım idi. Bu gün cavab aldım. Hökumətə artıq suallar ünvanlanmışdır – 17 noyabradək cavablandırılması üçün. Lakin mən öz hökumətimizə müraciət edərək xahiş edirəm, İntiqam Əliyev barəsində qətimkan tədbirinin dəyişdirilməsi üçün qərar qəbul edilsin”.

Xatırladaq ki, son günlər İntiqam Əliyevin səhhətinin pisləşməsi barədə informasiya yayılıb. Hüquqşünasın səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində pisləşmişdi. İstintaq orqanı onu müayinə üçün Onkoloji Mərkəzə aparmışdı. Orada müayinə olunan hüquq müdafiəçisində bir neçə xəstəliyin olduğu aşkarlanmışdı.(azadliq.org)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə