Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıya doluşmuş ermənilər
Bakıya doluşmuş ermənilər
11 Noyabr 2014 / 11:08 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Artıq ölkə hakimiyyətin bu məsələyə əl qoymasının vaxt çatıb

“Sən təsadüfən bilmirsən, Anaşkin kimdir?” – bir tanışım bu yaxınlarda məndən soruşdu. “Yox nə məsələdir?” – deyə mən də sualla cavab verdim. “Heç, mənim nəvəmin bu küçədə yoldaşı qalır, məndən soruşur ki, Anaşkin kimdir?”
Bu söhbətdən sonra mən öyrəndim ki, Bakıda anlaşılmaz soyadlar verilmiş çox sayda küçə var. 26 Bakı komissarı prospekti çoxdan tarixə qovuşub, amma komissarlardan biri olan Fioletovun adını daşıyan küçə hələ də mövcuddur. Görəsən, Ketsxoveli Azərbaycan xalqı üçün nə edib ki, küçələrdən biri onun adına verilmişdi. Anlaşılmazdır… Sovet, Kommunist küçələri də tarixə qovuşdu. Yaradana şükr olsun ki, biz bir dəfəlik Şaumyan, Abovyan prospektlərindən, hər cür erməni küçə və dalanlarından yaxa qurtardıq.  Amma mən həm də çox şadam ki, mənim doğma Bakımda Lermontov, Puşkin və Tolstoy küçələri var. Onların əsərlərini oxumaqla bu dahi insanların dünya ədəbiyyatına necə böyük töhfələr verdiyini anlamaq olur.
Amma bu Telnov və ya Kolomeytsevin kim olduğunu da mən bilmirəm, amma Bakıda belə küçələr var. Hakimiyyət yeni doğulan uşaqlara hansısa gülməli Sovxoz, Kolxoz, Revolyusiya, Elektrik adlarınının verilməsini qadağan etməklə çox yaxşı iş görüb.
Yəqin ki, küçələrin adlarının də qaydaya salınmasının vaxtı çatıb. Ona görə lazımdır ki, biz nəvələrimizə yaşadığımız küçə və ya prospektin kimin adına verildiyini danışa bilək. Qoy bizim milli qəhrəmanların, şairlərin və yazıçıların, rəssamların, musiqiçilərin, ictimai xadimlərin adları olsun. Onda biz bir-birimizə zəng edib soruşmayacağıq ki, bu Anaşkin kimdir.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə