Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kәmalәddin Heydәrov bunu da etdi:qeyri-adi monopoliya
Kәmalәddin Heydәrov bunu da etdi:qeyri-adi monopoliya
11 Noyabr 2014 / 11:10 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəyə yataq dəstlərinin gətirilməsinə qadağa qoyub.

Arqument.Az xәbәr verir ki, bu barədə istiqlal.az-a bu qadağa ilə üzləşən və təhlükəsizlik baxımından adının çəkilməsini istəməyən mənbə məlumat verib.  Mənbənin sözlərinə görə, bunun səbəbi Sumqayıtda fəaliyyət göstərən və Kəmaləddin Heydərova məxsus “Gilan” Tekstil Parkında yataq dəstlərinin istehsal olunmasıdır.

Mənbə bildirir ki, hətta xaricdən yataq dəstlərinin pərakəndə gətirilməsi belə müşkülə çevrilib. Gömrük işçiləri yüklərin arasında yataq dəsti görən kimi dərhal onu gətirən vətəndaşı çağıraraq “Gilan” Tekstil Parkına göndərirlər. Vətəndaş sözügedən müəssisədə gətirdiyi hər yataq dəsti üçün 70 dollar ödəniş etməlidir. Bundan sonra ona xaricdən gətirdiyi yataq dəstini guya “Gilan” Tekstil Parkından alması barədə arayış təqdim olunur. Vətəndaş da öz növbəsində bu arayışı gömrüyə təqdim edir. Əks təqdirdə nəinki vətəndaşın gətirdiyi yataq dəsti, bütövlükdə yükü ölkəyə buraxılmır.

Mənbə bildirib ki, yataq dəstinin hər birinə görə edilən ödənişin məbləğini “Gilan” Tekstil Parkı müəyyənləşdirir. Məbləğ də vətəndaşın aldığı qiymətdən bir neçə dəfə artıqolur. Türkiyədə 8-10 dollara alınan yataq dəsti burada 7 dəfə baha qiymətə rəsmiəşdirilir.  İstiqlal.az məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənməyə cəhd etsə də, qurumun mətbuat xidmətindən zənglərə cavab verən tapılmayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə