Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fazil Mustafa prezidentlərdən nə istədi?
Fazil Mustafa prezidentlərdən nə istədi?
11 Noyabr 2014 / 11:13 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa İran prezidenti Həsən Ruhanin Azərbaycana gəlməyə hazırlaşdığını nəzərə alaraq öz istəyini dilə gətirib.

Modern.az-ın məlumatına görə, millət vəkili bununla əlaqədar bildirib: “İran prezidenti Ruhani Azərbaycana səfərə gəlir. Təbii ki, bu səfərin ölkələrimiz arasında münasibətlərin yaxşılaşmasına vəsilə olacağını təmənna edirik. İranla aramızda nə qədər ziddiyyətli məsələlər olsa da, qonşu ölkə kimi qarşılıqlı faydaya əsaslanan əlaqələrimizin olması vacibdir. Çünki bölgədə savaş və xaos təhlükəsinin meydana çıxması hər iki ölkənin əhalisinin maraqlarına uyğun deyil.

Bununla belə, fikrimcə, Azərbaycan rəsmilərinin danışıqlar zamanı bir vacib problemi dilə gətirməsi yerində olardı. İrana bu və ya başqa səbəblərdən səfər edən Azərbaycan vətəndaşlarına qarşı sərhəd-keçid və gömrük məntəqələrində İran məmurları və hərbçiləri tərəfindən tez-tez qeyri-etik davranışlara rast gəlinir. Bu barədə vətəndaşlarımız şikayət edirlər ki, ermənilərə olan münasibətlə azərbaycanlılara olan münasibət kökündən fərqlənir. Azərbaycan vətəndaşlarına qarşı bilərəkdən gecikdirmə, kobud rəftar halları özünü qabarıq şəkildə göstərir.

Bu kimi davranışların yolverilməz və yanlış olduğu İran tərədinin diqqətinə çatdırılmalıdır. Ola bilsin ki, bizim tərəfdə də İran vətəndaşlarına qarşı belə faktlar baş verir. Hər halda açıq şəkildə hər iki tərəfin vətəndaşlarına qarşı belə kobudluq və süründürməçilik hallarının dayandırılması iki dövlətin də faydasına olardı”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə