Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan dinamik davamlı inkişafını qoruyub saxlamaqdır
Azərbaycan dinamik davamlı inkişafını qoruyub saxlamaqdır
12 Noyabr 2014 / 11:42 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4
“Ulu öndər Heydər Əliyevin yaratdığı Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq”. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.
 
N.Məmmədov bildirib: “Azərbaycan üçün bu gün ən mühüm vəzifə suverenliyini və dinamik davamlı inkişafını indiyədək olduğu kimi qoruyub saxlamaqdır”. Qeyd edək ki, bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur.
 
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.
 
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə