Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident qızı nəsli kəsilməkdə olan heyvanlarla (FOTO)
Prezident qızı nəsli kəsilməkdə olan heyvanlarla (FOTO)
12 Noyabr 2014 / 11:48 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Leyla Əliyeva Avstraliyada

Avstraliyada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ətraf mühitin və biomüxtəlifliyin qorunması sahəsində bir sıra görüşlər keçirib.
arxiv.bizimxeber.az Heydər Əliyev Fondunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu ölkənin bir sıra məşhur milli parklarını ziyarət edən Leyla Əliyeva Avstraliyanın zəngin biomüxtəlifliyi ilə yaxından tanış olub.

Heyvanların artırılma mərkəzlərinə baş çəkən Leyla Əliyevaya yox olma təhlükəsi ilə üzləşən heyvanlar, onların bərpa olunması üçün tətbiq olunan metodlar, bu heyvanların sayının artırılması vasitələri, həmçinin bu sahədəki qabaqcıl texnologiyalar barədə geniş məlumat verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar barədə, eyni zamanda bu problemin aradan qaldırılması məqsədilə IDEA İctimai Birliyi tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların qorunması istiqamətində bir sıra beynəlxalq təşkilatlarla da birgə iş aparıldığını bildirən Leyla Əliyeva bu heyvanların və biomüxtəlifliyin mühafizəsi sahəsində Azərbaycanla Avstraliya arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə