Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sürücülük məktəbinin direktoruna hökm oxundu
Sürücülük məktəbinin direktoruna hökm oxundu
12 Noyabr 2014 / 11:50 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən Tahir Qüvvətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən, Tahir Qüvvətov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin T.Qüvvətovla bağlı yaydığı məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi” MMC-nin Siyəzən rayon sürücülük məktəbinin direktorunun qanunsuz əməlləri barədə 161 “Qaynar xətt” əlaqə mərkəzinə şikayət daxil olub. Daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı sürücülük məktəbinin direktoru Tahir Qüvvətovun rayon sakinindən həmin məktəbə sürücü vəzifəsinə işə qəbul etmək üçün 1000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan cinayət işi başlanılıb. Başlanmış cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə