Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ARDNŞ Sulutəpə sakinlərini məhkəməyə verdi
ARDNŞ Sulutəpə sakinlərini məhkəməyə verdi
12 Noyabr 2014 / 12:13 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Neft Şirkəti Binəqədi rayonu, Sulutəpə qəsəbə sakinlərini məhkəməyə verib.

ARDNŞ həmin ərazilərdə özbaşına tikililərin boşaldılması və tikililərin ev sahiblərinin hesabına sökülməsi üçün Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.

İddiada 2004-cü il 29 sentyabrda ARDNŞ-la “Azen Oyl Kompani Bi.Vi.” və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandığı bildirilir və həmin ərazilərdə qanunsuz tikilən evlərin sökülməsi tələb olunur.

Məsələ ilə bağlı ARDNŞ-in ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Nizaməddin Quliyev aznews.az-a bildirib ki, həmin ərazilərdə yaşayan vətəndaşların məhkəməyə verilməsi evlərin sökülməsi demək anlamına gəlmir. Sadəcə olaraq, şirkət məhkəmə vasitəsilə iddia qaldırır və sakinlərə yaşadığı ərazinin təhlükəli olması ilə bağlı xəbərdarlıq edir: “ARDNŞ-ə məxsus torpaqlarda evlərin sökülməsi çoxdanın söhbətidir. Biz onları məhkəməyə verməliyik. Çünki evlər qanunsuz yerdə tikilib. Yeni tikintiyə icazə verilmir. Köhnə tikililərin isə məhkəməyə verilməsi o demək deyil ki, onlar bu dəqiqə sökülür. Sakinlər bilsin ki, yeni tikintiyə icazə verilmir. Köhnə tikililərlə bağlı isə ümumi qərar veriləcək. Bunun üçün Komissiya yaradılıb. Dövlət Komissiyası nə qərara gəlsə, biz də həmin qərarı tanıyacağıq. Kompensasiya məsələsinə də Dövlət Komissiyası baxacaq”.

N.Quliyev onu da bildirib ki, ARDNŞ-in həmin evləri məhkəməyə verməklə öz reputasiyasını qoruyur: “Xarici, audit şirkətləri həmin insanların yaşayış üçün əlverişsiz yerdə yaşadıqlarını soruşanda biz də deyəcəyik ki, bəli, biz bunu bilirik, xəbərimiz var. Şirkət də “Əlimizdə sənəd var, amma sökə bilmirik” deyəcək””.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə