Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda məşhur “avtoş” tutuldu
Bakıda məşhur “avtoş” tutuldu
12 Noyabr 2014 / 13:01 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

21 yaşlı Əziz Əzimov “Ağ çiçəyim”in qabağında avtoxuliqanlıq edib

Bakıda avtoxuliqanlıq edən şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bir neçə gün əvvəl elektron KİV-də və sosial şəbəkələrdə Yasamal rayonundakı “Ağ çiçəyim” şadlıq sarayının ətrafında naməlum sürücünün “VAZ-2107” markallı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntülər nümayiş etdirilib.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus “VAZ-2107” markalı avtomobillə edib. Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib.

Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə