Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi icraata qəbul edilib 
Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi icraata qəbul edilib 
12 Noyabr 2014 / 13:34 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi icraata qəbul edilib. E. Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevin verdiyi məlumata görə, cinayət işi Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənovanın icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin edilib.

Anar Niftəliyev bildirib ki, iş materiallarına əsasən E. Tofiqqızının üzərində aparılan cərrahiyyə əməliyyatında iştirak edən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən sənədi saxtalaşdırma) maddələrinə əsasən təqsirləndirilir, onun barəsində başqa yerə getməmə haqqında məhkəmə qərarı var.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Ötən ilin sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə