Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qubaya yeni icra başçısı göndərilir
Qubaya yeni icra başçısı göndərilir
12 Noyabr 2014 / 14:30 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

Mübariz Ağayev həssas rayon olan Qubaya nəzarəti itirir…

Bir müddət əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlunun adı “Atlant” istirahət mərkəzində silahlı insidentdə yer aldı. Yayılan məlumatda qeyd olunurdu ki, Quba Rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin oğlu “Atlant” istirahət kompleksində atəş açıb. Məmur oğlu istirahət mərkəzinə qızlarla gedib. Orada hələlik bəlli olmayan səbəblərdən münaqişə yaranıb və Mübariz Ağayevin oğlu havaya atəş açmağa başlayıb. 

Xəbərdən dərhal sonra bütün kanallari  işə salan Mübariz Ağayev problemin qismən həll olunmasına nail oldu. Mətbuatda yayılan məlumatın yalan olması ilə bağlı açıqlama verildi.

Lakin, arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, bu hadisədən sonra M.Ağayev təcili olaraq Prezident Administrasiyasına çağırılıb və izahat verib. Qubaya qayıtdıqdan sonra isə oğlunu bir müddətlik xarici ölkəyə göndərib. Lakin, oğlunun bu hərəkəti yuxarı dairələrdə Mübariz Agayevin adını qara siyahıya -(dəyişdirilməsi lazım olan siyahı) salıb.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda bir neçə rayon icra başçısının dəyişdirilməsi gözlənilir ki, Mubariz Agayevin də adı bu siyahıdadır.

Məlum Quba hadisələrindən sonra hökumət səviyyəsində rayona göstərilən böyük diqqət və qaygıya baxmayaraq M.Ağayev rayon sakinlərinin ümidini doğrulda bilməyib. Bəli, rayona ayrılan külli miqdarda maliyyə vəsaiti hesabına tikinti işləri aparılıb. Amma insanların maddi təminatının yaxşılaşdırılması və işsizlik probleminin həlli istiqamətində heç bir addım atılmayıb. Rayon sakinləri ilə görüşlərdə məlum işsizlik problemlərin həlli istiqamətində ciddi addımlar atacağına söz verən M.Agayevə artıq inanan yoxdur.

arxiv.bizimxeber.az-a daxil olan daha bir məlumata görə, təyinatının ilk aylarında rayon sakinləri ilə mütəmadi görüşən M.Ağayev artıq bu görüşləri də dayandırıb. Çünki, rayon sakinlkərinə artıq deyiləsi yalan da qalmayıb.

İlkin
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə