Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı həbsxanasında davaya rəsmi münasibət
Bakı həbsxanasında davaya rəsmi münasibət
12 Noyabr 2014 / 15:09 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələbləri izah olunub

Ədliyyə Nazirliyi Penitensiar Xidməti 6 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Penitensiar Xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovun  verdiyi məlumata görə, noyabrın 8-də Bakı şəhəri Nizami rayonunda yerləşən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhkum arasında məişət zəminində münaqişə baş verib: “Münaqişənin qarşısı qısa müddət ərzində müəssisə və Penitensiar xidmətin Baş İdarəsinin əməkdaşlarının səyi nəticəsində alınıb. 
Daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara bir daha qanunun tələbləri izah olunub. Müəssisənin normal iş ahənginin pozulmasına yönələn hər hansı hərəkətlərin qarşısının qətiyyətlə alınacağı bildirilib. Münaqişə zamanı müəssisədə cəza çəkən məhkumlar və əməkdaşlar arasında xəsarət alan olmayıb.

Hadisə ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilib” .

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə