Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaradağda dəyirmi masa keçirilib – Fotolar
Qaradağda dəyirmi masa keçirilib – Fotolar
12 Noyabr 2014 / 15:40 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsas sənədidir” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya günü münasibəti ilə dəyirmi masa keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Emil Abbasov, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri dosenti, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əbdüləli Abdullayev, həmin akademiyanın Hüquq təminatının kafedra müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov və digər qonaqlar iştirak edirdilər.

İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzərək, dahi şəxsiyyətə ehtiramlarını bildirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas etdiyini, ictimai-siyasi sabitliyin təmin olunaraq ölkədaxili pozucu qüvvələrin zərərsizləşdirilməsi, müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdığını qeyd etdi. Bildirdi ki, bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından isə ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiyanın yaradılaraq, Konstitusiya layihəsinin ümumxalq müzakirəsinə çıxarıldı 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olundu.
Daha sonra çıxış edən qonaqlar Konstitusiyamızın yaranma tarixindən geniş danışdılar. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilmədiyini, ona görə də Azərbaycanın Konstitusiya quruluş tarixinin SSRİ dövrünə təsadüf etdiyini bildirdilər. Bu gün ki Konstitusiyanın Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş ilk Konstitusiya olduğunu qeyd etdilər. Konstitusiyamızda dövlətimiz tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini vurğuladılar.

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə